Gündəm

"Facebook"dan yeni  QADAĞALAR 

21 Aprel 2018 09:52

"Facebook” Avropada yeni qaydalar tətbiq etməyə başlayır. Avropa parlamenti ilə görüşlərdən sonra şirkət bu barədə qərar qəbul edib. Tətbiq olunacaq yeni qaydalara əsasən, istifadəçilər paylaşdıqları məlumatların başqa bir şəxs tərəfindən paylaşılmasına qadağa qoya biləcək. Həmçinin istifadəçilərin öz siyasi, dini və şəxsi münasibətləri barədə məlumatları üçün ayrı-ayrı

Bütün dünya BU TOYDAN danışır - 100 aşpaz, 40 müğənni, 20 ölkədən gələn qonaqlar - VİDEO​​​​​​​

21 Aprel 2018 09:49

Antalyada qeyri-adi toy keçirilib. Toyda 100 aşpazın dünya mətbəxindən bişirdiyi yeməklər təqdim olunub.

KXDR nüvə silahından istifadə etməyəcəyinə söz verdi

21 Aprel 2018 09:35

Şimali Koreya nüvə təhdidi və ya təxribatı olmadığı təqdirdə heç vaxt nüvə silahlarından istifadə etməyəcək. Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi ölkənin Əmək Partiyası Mərkəzi Komitəsinin plenumunda qəbul olunan qərara istinadən məlumat yayıb.

Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalandı

21 Aprel 2018 09:22

Azərbaycan Dillər Universiteti ilə Pekin Xarici Dillər Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandum ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla və Pekin Xarici Dillər Universitetinin rektoru professor Peng Long tərəfindən imzalanıb. Sənəddə ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatlar aparılması, tələbə və müəllim mübadiləsi, elmi-pedaqoji kadrların ixtisaslarının artırılması sahəsində əməkdaşlıq, birgə akademik konfransların keçirilməsi, elmi nəşrlərin hazırlanması və bir sıra başqa istiqamətlər üzrə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Üç min uşağa kitab paylanacaq - “Kitab tutan balaca əllər” layihəsi

21 Aprel 2018 09:00

Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması və iki ölkə arasındakı mədəni əlaqələrin əsasını təşkil edən dahi şəxsiyyətlərin gələcək nəsillərə çatdırılması məqsədilə “Kitab tutan balaca əllər” layihəsi həyata keçiriləcək. Layihə Türkiyə Respublikası Baş Nazirlik Türk İnkişaf və Əməkdaşlıq Agentliyinin, Gəncliyə Yardım Fondu və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində reallaşacaq.

“IMAGINE” Avropa Tolerantlıq Festivalı çərçivəsində - “Human”

21 Aprel 2018 08:56

Mayın 6-da “Fairmont Baku” otelində fransalı rejissor Yan Artüs Bertranın “Human” adlı sənədli filmi təqdim olunacaq. “IMAGINE” Avropa Tolerantlıq Festivalı çərçivəsində nümayiş ediləcək ekran əsəri ingilis dilində subtitrlər vasitəsilə izləniləcək. “Human” insan anlayışının ən dərinliklərinə dalan hekayə və şəkillər toplusudur. Film insanı sevgi, xoşbəxtlik, eləcə də nifrət və zorakılıq hekayələri vasitəsilə “başqası” ilə üzləşdirir və insanın şəxsi həyatına nəzər salmağa dəvət edir.

İsmayıllıda intihara cəhd

21 Aprel 2018 08:52

İsmayıllı rayon sakini intihara cəhd edib. Dünən axşam saatlarında Ağdam rayonundan olan məcburi köçkün, İsmayıllı şəhərində məskunlaşan 1965-ci il təvəllüdlü Allahverdiyeva Təzəgül İslam qızı yaşadığı evdə sirkə turşusu içib.

Teatrın direktoru Kalmık Milli Dram Teatrının baş direktoru ilə görüşdü

21 Aprel 2018 08:51

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov ölkəmizdə səfərdə olan B.Basanqov adına Kalmık Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva ilə görüşüb. Görüş zamanı iki teatr arasında davam edən yaradıcılıq münasibətləri, Azərbaycan Kalmıkiya mədəni əməkdaşlığında teatrların rolu mövzusunda fikir mübadiləsi aparılıb. İki teatr arasında gələcəkdə daha böyük layihələrin reallaşması ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin Azərbaycan və Kalmıkiya arasındakı qarşılıqlı yaradıcılıq müqaviləsinin növbəti mövsümdə daha da genişləndirilərək maraqlı layihələrin, rejissor və tamaşa mübadilələrinin hər iki ölkə teatrları üçün əhəmiyyətindən danışılıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edildi

21 Aprel 2018 08:15

Azərbaycan prezidenti İlham Əliyev istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

Meksikada UEFA Kuboku oğurlandı

21 Aprel 2018 08:15