KXDR nüvə silahından istifadə etməyəcəyinə söz verdi

Şimali Koreya nüvə təhdidi və ya təxribatı olmadığı təqdirdə heç vaxt nüvə silahlarından istifadə etməyəcək. Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi ölkənin Əmək Partiyası Mərkəzi Komitəsinin plenumunda qəbul olunan qərara istinadən məlumat yayıb.

Şimali Koreya nüvə təhdidi və ya təxribatı olmadığı təqdirdə heç vaxt nüvə silahlarından istifadə etməyəcək.

Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi ölkənin Əmək Partiyası Mərkəzi Komitəsinin plenumunda qəbul olunan qərara istinadən məlumat yayıb.

"Biz ölkəmizə qarşı nüvə təhlükəsi və təxribatı olmayacağı təqdirdə heç vaxt nüvə silahından istifadə etməyəcəyik, istənilən halda biz nüvə silahı və texnologiyalarını (digər ölkələrə, - REPORT.) verməyəcəyik", - deyə məlumatda bildirilir. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31