“IMAGINE” Avropa Tolerantlıq Festivalı çərçivəsində - “Human”

Mayın 6-da “Fairmont Baku” otelində fransalı rejissor Yan Artüs Bertranın “Human” adlı sənədli filmi təqdim olunacaq. “IMAGINE” Avropa Tolerantlıq Festivalı çərçivəsində nümayiş ediləcək ekran əsəri ingilis dilində subtitrlər vasitəsilə izləniləcək. “Human” insan anlayışının ən dərinliklərinə dalan hekayə və şəkillər toplusudur. Film insanı sevgi, xoşbəxtlik, eləcə də nifrət və zorakılıq hekayələri vasitəsilə “başqası” ilə üzləşdirir və insanın şəxsi həyatına nəzər salmağa dəvət edir.

Mayın 6-da "Fairmont Baku" otelində fransalı rejissor Yan Artüs Bertranın "Human" adlı sənədli filmi təqdim olunacaq. "IMAGINE" Avropa Tolerantlıq Festivalı çərçivəsində nümayiş ediləcək ekran əsəri ingilis dilində subtitrlər vasitəsilə izləniləcək.

"Human" insan anlayışının ən dərinliklərinə dalan hekayə və şəkillər toplusudur. Film insanı sevgi, xoşbəxtlik, eləcə də nifrət və zorakılıq hekayələri vasitəsilə "başqası" ilə üzləşdirir və insanın şəxsi həyatına nəzər salmağa dəvət edir.

Ən kiçik məişət hekayəsindən tutmuş qeyri-adi həyat təcrübəsinə qədər, nadir səmimiyyətə malik bu iztirablı qarşılaşmalar fərdin kim olduğunu, ən qaranlıq, ən gözəl və ən bəşəri tərəfini vurğulayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31