Luis Enrike “Arsenal”ın baş məşqçisi olacaq?
21 Aprel 2018 08:30 İdmanArsen Vengerin mövsümün sonunda "Arsenal"ı tərk etməsini açıqlamasından sonra klub rəhbərliyi yeni baş məşqçi axtarışına başlayıb. Qol.az-ın "The İndependent"ə istinadən yaydığı xəbərə görə, London klubu Luis Enrike ilə danışıqlara başlayıb.
Lakin ispaniyalı çalışdırıcının yüksək maaş tələb etməsi danışıqlara mane ola bilər. Qeyd edək ki, ötən il "Barselon"dan ayrılan Enrike bir ildir işsizdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31