Gündəm
Heydər Əliyev prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Aparılan təmir işləri ilə əlaqədar olaraq 26 aprel tarixində gecə saatlarında Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağının alt hissəsində (şəhər mərkəzi istiqaməti üzrə) hərəkət qısa müddətlik məhdudlaşdırılacaq.
Özünü "lider" adlandıran baş nazir: istefa verdi və xalq sevindi
Ermənistanda bir neçə gündür davam edən etirazlar özünün yeni mərhələsinə qədəm qoyub. Müxaliflərə rəhbərlik edən Nikol Paşinyan tədricən tələblərini dilə gətirib. O, başlıca olaraq parlament tərəfindən baş nazir seçilən Serj Sarkisyanın istefasını tələb edirdi. Hətta S.Sarkisyanı dialoqa gedə bilməyəcəyi yeganə adam adlandırırdı.
Deputat: "Prezident İlham Əliyevin Türkiyəyə səfəri iki ölkənin münasibətlərində yeni bir səhifə açdı"
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri iki ölkə arasındakı münasibətlərdə yeni bir səhifə açdı. Bunu Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
Sergey Sirotkin: "Bakı trasında səhvlərə yer yoxdur"
Bakı trasında səhvlərə yer yoxdur. Məlumata görə, bunu "Williams" komandasının pilotu Sergey Sirotkin Azərbaycan Qran-prisi ərəfəsində deyib.
Türkiyədə 14 terrorçu saxlanıldı
İstanbulda həyata keçirilmiş əməliyyat nəticəsində "İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhə" (DHKP-C) terror təşkilatının 14 üzvü saxlanılıb. Həmin şəxslər Bir may yürüşləri zamanı təxribatlar planlaşdırmaqda şübhəli bilinir. Saxlanılanların Türkiyə vətəndaşları olduğu məlumat verilib. Daha altı terrorçunun saxlanılması üçün əməliyyatlar aparılır.
Erməni nazir istefa verdi - Etirazçılara dəstək
Ermənistanın idman və gənclərlə iş üzrə nazir Qraçya Rostamyan istefa verib və etiraz aksiyalarına qoşulacağını bəyan edib.
Nəsimi rayonunda Çernobıl əlilləri ilə görüş keçirilib
Hər il aprel aynın 26-da MDB, həmçinin Şərqi Avropanın bir sıra ölkələrində 20-ci əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş qəzanın ildönümü qeyd olunur.
Azərbaycan və Türkiyənin strateji əməkdaşlığı yeni mərhələdə
Gözləndiyi kimi Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev prezident seçildikdən sonra ilk səfərini məhz qardaş ölkə olan Türkiyəyə etdi. Əslində prezident İlham Əliyevin belə bir addım atacağı gözlənilən və məntiqli idi. Çünki, tarixi ənənələrə malik olan bu ölkələrdə belə bir adət formalaşıb ki, hər iki ölkənin yeni seçilən dövlət başçısı ilk səfərini qardaş ölkəyə edir.
“Heydər Əliyev irsi” mövzusunda Beynəlxalq konfrans keçiriləcək
Dövlət Proqramları Göyçayda uğurla icra edilir
Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramları artıq uzun illərdir ki, uğurlu icra nəticəsində öz müsbət nəticələrini göstərir. Ötən 14 il ərzində respublikanın hər bir bölgəsində bu proqramların icrası çərçivəsində kifayət qədər tədbirlər görülüb, infrastruktur layihələri reallaşdırılıb.
İlkindən toy ildönümü təbriki
"Milan"ın yeni ev forması FOTO
Testlə imtahan ləğv olunur?
Artıq bir neçə gündür ki, yeni təhsil naziri olan Ceyhun Bayramov vəzifəsinin icrasına başlayıb. Maraqlıdır, yeni təhsil naziri bu sistemdə nə kimi dəyişikliklər edəcək. Təhsil eksperti Şahlar Əsgərov təhsil sahəsindəki ən əsas problemlər və onların həlli haqda danışıb: "Yeni nazir təhsil sistemində olan bütün problemləri bilir. Ceyhun Bayramov tanınmış hüquqşünas olduğu üçün qanunvericilik bazasını da yaxşı bilir. Ümid edirəm ki, Ceyhun Bayramov təhsil sistemində olan nöqsanları aradan qaldıra biləcək”.














