Mətbuat Şurasından “Yarasa” proqramı ilə bağlı – AÇIQLAMA

"Lider" telekanalının efirində yayımlanan bayağı görüntülər müzakirələrə səbəb olub.

Bayağı səhnələrə ev sahibliyi edən "Yarasa" adlı proqramda efir etikasına uyğun olmayan ifadələrin işlədilməsi ilə bağlı Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov məsələyə münasibət bildirib:

"Yayımçıların efiri daimi nəzarətdədir. Ancaq sözügedən proqramda milli-mənəvi dəyərlərə zidd olan ifadələrə yer verilib. Efirdə ədəbsiz sözlər, jarqon ifadələr işlədilməsi səhər saat 07:00-23:00 arası qadağandır. Ancaq saat 23:00-dan sonra yayımçılara bu məsələ ilə bağlı müəyyən sərbəstlik verilir.

Verilişlərdə sətiraltı da olsa, qonaqlar haşiyədən kənara çıxarlarsa, aparıcı (Könül Yusifqızı - red.) bunun qarşısını almalıdır. Əgər verilişə qarşı etirazlar genişlənərsə, məsələnin qarşısı alınacaq. Bununla bağlı arayış hazırlayıb təhvil vermişəm".

Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31