İlkindən toy ildönümü təbriki

Aparıcı İlkin Həsəni həyat yoldaşı Aysellı birlikdə toy ildönümünü qeyd edib. 
 

Axşam.az xəbər verir ki, sosial şəbəkədə toy fotosunu paylaşaraq yazıb: 

"Gözümüzü yuyub-açdıq və budur bir il... Çox maraqlı, tramplinli, çəkişməli - bərkişməli, sevincli, sevgili bir il! Axtardığımız bütün suallara cavab tapdığımız bir il! Sevimli sviterimin düzgün dərəcədə yuyulmadığı üçün sıradan çıxdığı günlərindən başladıq, gəlib-çıxdıq "Evə gələndə uşaq üçün sirop alarsan" dövrünə... İyirmi beş aprelimiz mübarək!".

Qeyd edək ki, İlkinlə Aysel martın 18-də valideyn olublar. Cütlüyün Alisa adlı qızı dünyaya gəlib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31