Dövlət Proqramları Göyçayda uğurla icra edilir

Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramları artıq uzun illərdir ki, uğurlu icra nəticəsində öz müsbət nəticələrini göstərir.  Ötən 14 il ərzində respublikanın hər bir bölgəsində bu proqramların icrası çərçivəsində kifayət qədər tədbirlər görülüb, infrastruktur layihələri reallaşdırılıb.

Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramları artıq uzun illərdir ki, uğurlu icra nəticəsində öz müsbət nəticələrini göstərir.  Ötən 14 il ərzində respublikanın hər bir bölgəsində bu proqramların icrası çərçivəsində kifayət qədər tədbirlər görülüb, infrastruktur layihələri reallaşdırılıb. Elə Göyçay rayonunun timsalında da bunu aydın görmək mümkündür. Elə ötən il və cari ilin birinci rübündə rayonun iqtisadi sosial həyatında baş verən nailiyyətlər, uğuirılar da belə deməyə əsas verir. Belə ki, 2018-ci ilin birinci rübündə  respublikamızın digər regionlarında olduğu kimi Göyçay rayonunda da tikinti, quruculuq və abadlıq işlərinin sürətləndirilməsi, yeni istehsal, ticarət və xidmət obyektlərinin inşa edilməsi, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 2018-ci ilin birinci rübdə rayon üzrə əsas iqtisadi göstəricilər artıqlaması ilə yerinə yetirilmiş, iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,8  faiz və ya 849,5 min manat artaraq 53 milyon manat olub. Rayonun sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 4,2 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş və xidmətlər göstərilib.
Cari ilin birinci rübündə aqrar sahədə də müəyyən uğurlar əldə edilib, 1461,5 hektar sahədə yazlıq əkinlər aparılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 53,5 hektar və ya 3,8 faiz çoxdur. Bu dövürdə 851 hektar sahədə çoxillik otlar, 139 hektar sahədə kartof, 3 hehtar sahədə dən üçün qarğıdalı əkilib.  Əkin sahələrinin suvarma suyu ilə yaxşılaşdırılması, torpaqların münbitliyinin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib, rayon Suvarma Sistemləri İdarəsi tərəfindən Şəhadət, Hacalıkənd, Şəkər, Mall-şıxlı, Qarabaqqal, Alxasava, Potu, Bəydövül, Alpout, Aşağı Qaraməryəm və Qarayazı kəndlərində bütövlükdə 84,5 km məsafədə lildən təmizlənmə işləri aparılıb, 15 hidrotexniki qurğu təmir edilib. Baş Şirvan Kollektorunun İstismarı İdarəsi tərəfindən rayonun Kürdşaban, Mallı-şıxlı və Çərəkə kəndləri ərazisində təsərrüfatlararası və təsərrüfatdaxili kollektorlarda 8,2 km məsafədə lildən təmizləmə işləri aparılıb.
Faraş tərəvəz istehsalının artırılması məqsədilə birinci rüb ərzində ümumi sahəsi 249 hektar olan 6700 istixana quraşdırılıb və artıq bazarlara faraş məhsulların göndərilməsinə başlanılıb.
2018-ci ilin birinci rübündə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 3,6 milyon manat vəsait  yönəldilib, tikinti təşkilatları tərəfindən 2,4 milyon manatlıq inşaat işləri görülüb ki, bu da ötən dövrlə müqayisədə 2,2 dəfə çoxdur.
Hesabat dövründə əhalinin həyat səviyyəsi xeyli yaxşılaşıb, pərakəndə əmtəə dövriyyəsinin həcmi 1,3 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1,8 faiz artıb.
2018-ci ilin birinci rübündə əhaliyə 248,9 min manatlıq rabitə və poçt xidmətləri göstərilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11,2 faiz çoxdur. Rayon əhalisinə göstərilən rabitə və poçt xidmətinin səviyyəsi xeyli yüksəlib, daha müasir rabitə texnologiyalarının tətbiqi ilə əlaqədar internet istifadəçilərinin sayı əsaslı şəkildə artıb.
Cari ilin birinci rübündə şəhərdə, Qaraməryəm, Ləkçıplaq, Qızılağac kəndlərində   128 portluq, Qarayazı kəndində 24 portluq avadanlıq quraşdırılıb, Kürdəmiş kəndində 60 ailəyə telefon xətti  çəkilib. Şəhərin N.Nərimanov, Bakı, Atatürk, S.Vurğun, Vaqif, Xətai küçələrində  hava rabitə xətləri kabel kanalizasiya quyularına köçürülməklə texniki normalara uyğunlaşdırılıb.
Rayon əhalisinin içməli su, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilib. 
Azərbaycan Respublikası Prezidentinin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 17 mart 2017-ci il tarixli Sərəncamına əsasən "Azərsu" ASC tərəfindən rayonun 15 kənd yaşayış məntəqəsinə içməli suyun verilməsi üçün tədbirlər görülüb, kəndlərin ərazisində 148 bulaq quraşdırılaraq bürövlükdə 28656 nəfər əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin "Əhalinin ekoloji cəhətdən təmiz su su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 24 fevral 2017-ci il tarixli Sərəncamına müvafiq olara Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun 6 kənd yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular o cümlədən, 101 ədəd bulaq quraşdırılaraq istifadəyə verilib, həmin kəndlərdə yaşayan 5132 nəfər əhalinin içməli su ilə təminatını yaxşılaşıb.  
Rayonun  Aşağı  Qaraməryəm, Qarabaqqal, Kürdşaban, Cəyirli, Çaxırlı, Qaraməryəm, Çərəkə, Alpout, Hacalıkənd və Ləkçıplaq kəndlərində istifadəyə  yararsız güc  transformatorları yeniləri ilə əvəz olunub, 740 ədəd 04 kvluq, 102 ədəd 10 kv-luq qəzalı vəziyyətdə olan  dayaqlar  yeniləri ilə əvəzd edilmişdir, 22,6 km uzunluğunda  yükünü özü daşıyan naqillər çəkilib.

Regional proqramlar çərçivəsində Göyçayda əhalinin kommunal problemlərinin həlli istiqamətində də xeyli işlər görülüb. Belə ki, hesabat dövründə rayonun Çaxırlı kəndinə təbii qaz verilişi bərpa edilərək təbii qazla təmin olunan rayon yaşayış məntəqələrinin sayı 45-ə çatdırılıb. Hazırda Ləkçılpaq və Çərəkə kəndlərinin təbii qazla təminatının bərpa edilməsi işləri başa çatıdırlmaq üzrədir. Azərbaycan Respublikası Prezidentinin "Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında" 05 mart 2018-ci il tarixli sərəncamına əsasən cari ildə Kürdşaban və Şəkili kəndlərinin də qazlaşdırılması nəzərdə tutulur.  
Cari ilin birinci rübündə rayon büdcəsinin mədaxil hissəsinə 102,9 faiz əməl edilib, ən zəruri xərclərin, o cümlədən əmək haqqı və ona bərabər tutulan xərclərin vaxtında icrası təmin olunub.
Hesabat dövründə rayon ərazisində tikinti, abadlıq və quruculuq sahəsində müəyyən işlər görülüb, Əli Kərim adına parkda əsaslı təmir işləri başa çatıdırılıb, burada yeni monitor quraşdırılıb, müharibə veteranları üçün kafe istifadəyə verilib, soyqırım abidəsi şəhidlər xiyabanına köçürülərək əsaslı şəkildə yenidən qurulub. Hazırda parkda Azərbaycanın məşhur yazıçı və şairlərinin xatirə kompleksində son tamamlanma işləri aparılır.
Heydər Əliyev parkının ərazisində bayraq muzeyinin tikintisi aparılır. Şəhər ərazisində küçə və ictimai həyətlərin asfalt örtüklərinin yenilənməsi işlərinə başlanılmışdır. Avtovağzal binasının tikintisi başa çatdırılmaq üzrədir. 

Hesabat dövründə şəhər təsərrüfatının idarə edilməsinin təkminləşdirilməsi, şəhərin təmiz və səliqəli saxlanılması, məişət tullantılarının vaxtında daşınması, küçə və məhəllələrdə sanitar-gigiyenik və ekoloji tələblərə əməl edilməsi istiqamətində xeyli işlər görülüb, əvvəlki illərə nisbətən bu sahəyə cavabdeh olan müəssisə və təçkilat rəhbərlərinin fəaliyyəti müsbətə doğru dəyişib. Şəhərdə ticarət, sanitariya qaydalarını pozanlara, ərazini çirkləndirənlərə qarşı mübarizə xeyli gücləndirilib. Rayon əhalisinə kənd təsərrüfatı məhsulları satışında lazımi qayda yaradılması üçün tədbirlər görülmüş, əhalinin rahatlığını təmin etmək üçün şəhərin M.Hüseynzadə küçəsində örtülü kənd təsərrüfatı məhsullarının pərakəndə satış bazarı istifadəyə verilib. "Təzə bazar"ın açılmasını rayon sakinləri böyük razılıq hissi ilə qarşılayıblar. Ümumi sahəsi 9 min kv.m, 500 satış yeri olan bazarda həm alıcılar, həm də kənd təsərrüfatı məhsullarını satanlar üçün normal şərait yaradılıb, hazırda ticarət yerlərinin artırılması, həmçinin bazarın xidmətindən istifadə edənlərin nəqliyyat vasitələrinin parklanması üçün əlavə işlər görülür. 
Hesabat dövründə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Göyçay rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində müəyyən tədbirlər görülüb. Emal sənayesinin daha da inkişaf etdirilməsi məqsədilə "Az-Nar" QSC-də şərab sexində quraşdırılmaq üçün avadanlıqlar alınıb.
Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşən Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidənqurulma layihəsi çərçivəsində rayonun Şəhadət kəndində şəhərin çirkab sularını təmizləyən qurğu kompleksinin tikintisi davam etdirilib və   gün ərzində 10 min kub m. çirkab su təmizləmə gücü olan kompleksinin tikintisində son tamamlanma işləri görülür. 
Rayon ərazisində yol infrastrukturunun təkmilləşdirilməsi, yerli əhəmiyyətli kəndlərarası avtomobil yollarının yenidən qurulması və əsaslə təmirinin davam etdirilməsi istiqamətində əməli tədbirlər davam etdirilir. Hesbat dövründə ümumi uzunluğu 23 km olan Cəyirli-Alpout avtomobil yolunun tikintisinə başlanılıb. Qəzalı vəziyyətdə olan məktəblər üçün yeni məktəb binalarının tikintisi istiqamətində işlər davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin "Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" 16 mart 2018-ci il tarixli  sərəncamına əsasən cari ildə rayonun Veysəlli kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 230 min manat vəsait ayrılmış və hazırda tikintiyə başlamaq üçün torpaq sahəsinin seçilməsi və texniki şərtlərin hazırlanması üçün tədbirlər görülür. Rayonun Alıkənd kəndində quraşdırılan modul tipli 40 şagird yerlik ibtidai məktəb binasında son tamamlanma işləri aparılır və ölkə prezidentinin 24 fevral 2018-ci il tarixli Sərəncamına əsasən yeni məktəb binasının qazlaşdırılması üçün 17,9 min manat əlavə vəsait ayrılıb.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31