Gündəm
Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Etibar Ağayevin Mərdəkan qəsəbəsindəki evin həyətində kutivasiya yolu ilə əkdiyi 9 ədəd çətənə kolu və çəkisi 141 qram marixuana aşkar edilərək götürülüb.
Gürcüstandan qanunsuz telefon gətirilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə idarəsinin əməkdaşları gömrük orqanına bəyan edilməyən 23 ədəd mobil telefon aşkar edib.
Aygün Bəylərin qardaşının məhkəməsi təxirə salındı
"Böyük Şor” yol qovşağının alt hissəsində hərəkət məhdudlaşdırılır
Aparılan təmir işləri ilə əlaqədar olaraq 28 aprel tarixində gecə saatlarından Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağının alt hissəsində (Hava limanı istiqaməti üzrə) hərəkət tam olaraq məhdudlaşdırılacaq. “OLAYLAR” xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi və BNA-nın yaydığı birgə məlumatda qeyd olunur. Bildirilib ki, məhdudlaşdırma 2 gün ərzində (28-29 aprel) qüvvədə olacaq.
BŞTİ eko-təqdimatlar keçirir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsi davam edir. İdarədən “OLAYLAR”-a bildirilib ki, layihənin əsas məqsədi şagirdlərin milli sərvətlərimiz, dəyərlərimiz və digər aktual ekoloji mövzular üzrə məlumatlandırılmasından ibarətdir.
Bülənt Ərsoy xəstəxanaya yerləşdirildi
Türkiyənin tanınmış müğənnisi Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib. Bu barədə İHA məlumat yayıb.
Günay SİLİKONLARINI YENİLƏDİ
Aktyor Tolqa Karel ilə 2011 –ci ildə ailə quran Günay Musayeva 2015 – cil ildə həyat yoldaşından ayrıldı. Türkiyədə yaşayan və fəaliyyət göstərən modelyer ötən gün diqqətləri öz üzərinə cəlb edib. Belə ki, onun silikonlarının yenilədiyi gözlərdən yayınmayıb.
İstanbulda hotel yanır- Xəsarət alanlar var
Arvadını və qardaşını öldürən şəxs 6 il sonra tutuldu - Adını dəyişdiribmiş - VİDEO
Türkiyənin Diyarbəkir vilayətində arvadını və qardaşını öldürüb qaçan şübhəli 6 il sonra barmaq izindən yaxalanıb. Yemlihan Aşuroğlu (58) 44 yaşlı arvadı Hasibe Aşuroğlunu və doğma qardaşı olan 57 yaşlı Selahattin Aşuroğlunu öldürdükdən sonra qaçaraq bir iş yerində "Yaşar" adıyla çalışdığı məlum olub. Aparılan barmaq izi axtarışı sonrası Yemlihan Aşuroğlu olduğu üzə çıxan qətl şübhəlisi tutulub. Yemlihan Aşuroğlunun ilk ifadəsində "İçkili idim, bir anlıq qəzəblənib, hər ikisini də öldürdüm" dediyi öyrənilib.
Moskva aeroportlarında yeni qadağalar
Moskva vilayət duması hava limanlarında davranış qaydaları ilə bağlı yeni regional məcəllə qəbul edib. Yeni qaydalara əsasən Moskva vilayətinin Domodedovo, Şeremetyevo və Jukovski aeroportlarında zibilləmə, keçidlərdə maneə yaratma, eskalatordan istifadə qaydalarının pozulması, eləcə də qulaqcıqsız musiqiyə qulaq asmağa görə cərimələr tətbiq olunur.
77 yaşlı din xadimi 16 yaşlı qızı zorlayıb - Məhkəmə qərar verdi
Hindistanın şimal-qərbindəki Rajasthan əyalətətinin məhkəməsi sosial şəbəkələrdə dünyada təxminən 40 milyondan çox abunəçisi olduğu iddia edilən bir qurunu (din xadimi) əxlaqsız hərəkətdə günahkar hesab edib.














