Arvadını və qardaşını öldürən şəxs 6 il sonra tutuldu - Adını dəyişdiribmiş - VİDEO
Türkiyənin Diyarbəkir vilayətində arvadını və qardaşını öldürüb qaçan şübhəli 6 il sonra barmaq izindən yaxalanıb. Yemlihan Aşuroğlu (58) 44 yaşlı arvadı Hasibe Aşuroğlunu və doğma qardaşı olan 57 yaşlı Selahattin Aşuroğlunu öldürdükdən sonra qaçaraq bir iş yerində "Yaşar" adıyla çalışdığı məlum olub. Aparılan barmaq izi axtarışı sonrası Yemlihan Aşuroğlu olduğu üzə çıxan qətl şübhəlisi tutulub. Yemlihan Aşuroğlunun ilk ifadəsində "İçkili idim, bir anlıq qəzəblənib, hər ikisini də öldürdüm" dediyi öyrənilib.
27 Aprel 2018 13:32 DünyaTürkiyənin Diyarbəkir vilayətində arvadını və qardaşını öldürüb qaçan şübhəli 6 il sonra barmaq izindən yaxalanıb. Yemlihan Aşuroğlu (58) 44 yaşlı arvadı Hasibe Aşuroğlunu və doğma qardaşı olan 57 yaşlı Selahattin Aşuroğlunu öldürdükdən sonra qaçaraq bir iş yerində "Yaşar" adıyla çalışdığı məlum olub. Aparılan barmaq izi axtarışı sonrası Yemlihan Aşuroğlu olduğu üzə çıxan qətl şübhəlisi tutulub. Yemlihan Aşuroğlunun ilk ifadəsində "İçkili idim, bir anlıq qəzəblənib, hər ikisini də öldürdüm" dediyi öyrənilib.
Qeyd edək ki, qanlı olay 2012-ci ilin 7 noyabr tarixində baş verib. Milli.az haberler-ə istinadən xəbər verir.