Formula 1 üzrə Azərbaycan Qran Prisi rusiyalı turistlər üçün ən populyar tədbirdir
27 Aprel 2018 13:32 İdmanFormula 1 üzrə Azərbaycan Qran Prisi rusiyalı turistlər arasında ən populyar tədbirlər reytinqində yer alıb.
Trend-in məlumatına görə, bu barədə Rusiyanın "TurStat" agentliyi bildirib.
Qeyd olunur ki, 2017-ci il Azərbaycan Qran-prisinə 8 mindən çox xarici turist gəlmişdi ki, onlar arasında çoxluğu Rusiya turistləri təşkil etmişdi.
Agentliyin hazırladığı materialda o da qeyd olunur ki, bu ilki populyar tədbirlər reytinqində Sankt-Peterburqda Buzqıranlar festivalı, Tatarıstanda "Çak-çay" qida festivalı, Saratovda Zanbaq festivalı kimi tədbirlər yer alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31