Gündəm
Bakının mərkəzində oğlanla qız bıçaqlandı
Azərbaycan avrokuboklara 2 klubla qatıla bilər
Teleqrama qadağa qoyuldu - İstifadəçilər küçələrə çıxdı
Rusiyanın paytaxtı Moskvada minlərlə insanın istifadə etdiyi "Telegram" mesajlaşma tətbiqinə qadağa qoyulmasına etiraz olaraq insanlar küçələrə çıxıb. Moskovanın Saharova küçəsində keçirilən etiraz yürüşünə təxminən 10 min adam toplaşmışdı. Proqramın fəaliyyətini bərpa etmək üçün Rusiya Federal Təhlükəsizlik Xidməti (FTB) nümayəndələrinə müraciət ediblər.
"Aygünlə duet oxudum və onu depressiyadan çıxardım" - Namiq
“Bizim bir-birimizə böyük dəstəyimiz olub. Bunu çox xırdaladım. Səhnəyə yanaşmağı, bir çox şeyləri öyrəndim. Amma bir çox şeyləri də öyrətdim”. Bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “10-dan sonra” verilişində deyib. Xalq artisti Aygün Kazımova ilə duet ortaqlığından danışan sənətçi gözlənilməz açıqlama verib. O bildirib ki, Kazımova ilə duet oxuyaraq onu depressiyadan qurtarıb:
"Qisasçılar: Sonsuzluq savaşı" bütünlükdə IMAX® kamerası ilə çəkilmiş ilk Hollivud filmi
IMAX və MARVREL əməkdaşlığının 10 illiyini "Qisasçılar: Sonsuzluq savaşı" blokbasterinin nümayişi ilə qeyd edəcək. MARVEL kino kainatının bütün personajlarının ilk dəfə olaraq bir araya toplaşdığı "QİSASÇILAR: SONSUZLUQ SAVAŞI" filmi ilk səhnədən tutmuş sonuncuya kimi bütünlüklə IMAX kamerası ilə çəkilmiş ilk bədii Hollivud filmidir. Çəkiliş zamanı ALEXA IMAX kamerasından istifadə olunmuşdur. Tanınmış rejissorlar öz sənət əsərlərini ərsəyə gətirmək üçün artıq IMAX avadanlığından istifadə etmişlər, məsələn Kristofer Nolan, Rayan Conson, Maykl Mey və Russo qardaşları. Lakin indiyə kimi bu kamerdan istifadə qismən olmuşdur.
Azərbaycanlı diaspor sədrinin qızı erməniyə ərə getdi: Toydan GÖRÜNTÜLƏR
Azərbaycanlı diaspor sədrinin qızı erməni oğlanla ailə həyatı qurub. Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızı erməni oğlanla ailə həyatı qurub. Toy mərasimi Moskvada yerləşən erməni iş adamlarına məxsus restoranların birində baş tutub. Nikah mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak edib.
Kaliforniyada ADR-in 100 illiyinə həsr olunmuş şahmat turniri
ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş geniş şahmat turniri keçirilib. “Bakı Açıq Şahmat Turniri” adlandırılan turnir San Dieqo Şahmat Klubu tərəfindən keçirilib. Turninirin bundan sonra hər il 28 may - Respublika Günü ərəfəsində keçirilməsi nəzərdə tutulur.
ATV-nin reklam etdiyi həkim saxtakar çıxdı
Ötən gün Baş Prokurorluq dərman mafiyası qurmuş şəxslərin həbsi ilə bağlı məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, mafiya rəhbərləri ölkədə 100-ə yaxın həkimlə əlbir olublar və onları da insanların sağlamlığını təhlükəyə atan bu prosesə cəlb ediblər. Saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edən, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmov da var. O, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib.
“ASAN Viza” sisteminə daha bir ölkə əlavə edildi
“ASAN Viza” sistemi vasitəsilə Azərbaycana səfər edəcək ölkələr siyahısına daha bir dövlət əlavə edilib. Artıq Cibuti Respublikası vətəndaşları da “ASAN Viza” sistemi üzərindən Azərbaycan Respublikasına elektron viza müraciəti edə bilərlər. Beləliklə, fəaliyyətinin başlanğıcında “ASAN Viza” portalı vasitəsilə e-viza verilən ölkələrin sayı 81 idisə, sistemin təkmilləşdirilməsi və əhatə dairəsinin genişlənməsi nəticəsində hazırda bu rəqəm 95 ölkə təşkil edir.
Nazirliyin loqosu dəyişdi
“Qız uşağıyam, mənə İnstaqram olmaz” - əməkdar artist
Əməkdar artist Bəsti Sevdiyeva “Zaurla Günaydın” verilişinin qonağı olub. Aparıcı Günay Baxşəliyeva muğam ifaçısına İnstaqramda aktiv olmadığını deyib.
“Web of Science” elmi bazasında Azərbaycan üzrə rekord sayda elmi-tədqiqat işi qeydə alınıb
2017-ci ildə “Web of Science” elmi bazasında Azərbaycan üzrə 1118 elmi-tədqiqat işi qeydə alınıb. Bu, son 25 ildə Azərbaycan üzrə publikasiya sayının rekord həddi deməkdir. Ötən il Azərbaycan “Web of Science” elmi bazasında nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb. Respublika üzrə ümumi publikasiya çəkisinin təxminən 43 faizi məhz ali təhsil müəssisələrinin payına düşüb.
Fısdıq ağaclarından yeşik hazırlayan sex aşkarlandı - FOTO
Quba rayonu II Nüqədi kəndində fəaliyyət göstərən yeşik sexində qanunsuz yolla əldə edilmiş 4.05 kub metr həcmində fısdıq cinsinə məxsus meşə materialı aşkar olunub. Bu barədə Olaylar.az - a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, fısdıq ağaclarının qanunsuz kəsilməsi nəticəsində meşə fonduna 700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
BBC-nin müxbiri qətlə yetirildi
Əfqanıstanın Host vilayətində Britaniyanın BBC telekanalının jurnalisti Əhməd Şah qətlə yetirilib. Jurnalist evə qayıdarkən motosikletlə hərəkət edən naməlum şəxslər ona atəş açıb.
Beynəlxalq Caz Günü - Muğam Mərkəzində
Beynəlxalq Muğam Mərkəzində ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Beynəlxalq Caz Günü münasibətilə qala-konsert keçirilib. Konsertdən əvvəl Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək ölkəmizdə caz musiqisinin zəngin və tarixi ənənələrinin olduğunu bildirib. Sonra UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının loqosunun həkk olunduğu xatirə hədiyyəsi Bakı Caz Festivalının rəhbəri Leyla Əfəndiyevaya təqdim edilib.














