Azərbaycan avrokuboklara 2 klubla qatıla bilər
1 May 2018 11:03 İdmanKişi voleybolçulardan ibarət Azərbaycan klublarının avrokubokda 2 komanda ilə təmsil olunacağı planlaşdırılır. Ölkə çempionu "Lokomotiv" ikinci cəhddə də "Çelenc Cup"da iştirakı gözlənilir.
Amma onlar bu dəfə tək olmayacaqlar. Yüksək Liqanın gümüş medalçısı "Sərhədçi" tarixində qazandığı ilk uğurunu beynəlxalq arenada da davam etdirmək arzusundadı. Ziya Rəcəbovun başçılıq etdiyi komanda da "Çelenc Cup"da qüvvəsini sınamaq istəyindədi.
Əgər hər 2 klubumuz avrokuboklarda iştiraklarını təsdiqləsələr, bu Azərbaycan voleybolu üçün son 15 mövsümdə ilk olacaq. Çünki sonuncu dəfə 2 komandamız 2003/2004 mövsümündə beynəlxalq arenada mübarizə aparıb. Həmin vaxt ölkəmizi "Metro" və "Azərneft" təmsil edib.
Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31