Gündəm
Zəlzələ - TÜRKİYƏDƏ
Türkiyənin şərqində 3,8 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yerli vaxtla saat 21:08-də qeydə alınan yeraltı təkanların episentri Bayburt şəhərindən 36 km cənub-qərbdə, ocağı isə 2 km dərinlikdə yerləşib.
Naməlum türk əsgərinin məzarı ziyarət edildi - MEK tərəfindən
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Qobustan rayonunda yerləşən naməlüm türk əsgərinin məzarı ətrafında şam ağaclarının əkilməsi və Şamaxı məktəb kitabxanalarına "Açıq Kitabxana" layihəsi çərçivəsində Azərbaycan və dünya klassik və müasir ədəbiyyatı nümunələrinin hədiyyə olunması aksiyasını keçiriblər.
Göl ətrafında qeyri-qanuni tullantılar - Nazirlik reyd keçirdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Olaylar.az bildirir ki, reyd zamanı Qaradağ rayonu Buta gölünün ətrafında qeyri-qanuni tullantıların qalaqlanması faktı aşkar olunub.
"OL" filmi ətrafında QALMAQAL
Kinorejissor Namiq Ağayev “Ol” adlı yeni filmi yaxın günlərdə tamaşaçılara təqdim olunub. Olaylar.az bildirir ki, yaradıcı heyətlə Cinema Plus şirkəti arasında qalmaqal yaşanılıb. Bu haqda ötən gün filmin ssenari müəllifi və rejissoru Namiq Ağayev sosial şəbəkə hesabından məlumat verib:

.jpg)












