Göl ətrafında qeyri-qanuni tullantılar - Nazirlik reyd keçirdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib. Olaylar.az bildirir ki, reyd zamanı Qaradağ rayonu Buta gölünün ətrafında qeyri-qanuni tullantıların qalaqlanması faktı aşkar olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində "Ətraf mühitin mühafizəsi haqqında" qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Olaylar.az bildirir ki, reyd zamanı Qaradağ rayonu Buta gölünün ətrafında qeyri-qanuni tullantıların qalaqlanması faktı aşkar olunub.

Araşdırma zamanı ərazinin təmizliyinə cavabdeh şəxs Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Sanitar Kommunal Təmizliyi Sahəsinin rəisi Arif Teymurov barəsində protokol tərtib edilib. O, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31