Gündəm
Halil Sezainin Bakıda konserti baş tutacaq
Xəzəryanı ölkələr nəqliyyat sahəsində sazişin mətnini təsdiqləyib
Ərdoğan “Ayla” ilə görüşdü
Məmməd Əmin Rəsulzadənin məktubları kitab halında
BƏƏ-də daha bir qadağa ləğv ediləcək
Birləşmiş Ərəb Əmirliklərinin hökuməti “Skype” və “FaceTime” ilə ödənişsiz zənglərə qoyulmuş qadağanın aradan qaldırılması ilə bağlı danışıqlar aparır. Bu haqda “Arabian Business” nəşri yazıb. Videorabitə üçün pulsuz proqramların bloklanması ilə əlaqədar BƏƏ-nin telekommunikasiya provayderləri istifadəçilərə öz pullu proqramlarını təklif edirlər.
“WhatsApp” və “Instagram”da YENILIK
“WhatsApp” və “Instagram” əlavələrində qrup şəklində videozənglər funksiyasından yararlanmaq mümkün olacaq. Bu barədə “Facebook” tərtibatçıları üçün “F8” konfransında məlumat verilib. Funksiyanın “WhatsApp”da işi barədə məlumat məhdud olsa da, konfrans zamanı nümayiş olunan videoya görə, danışıqda eyni anda dörd nəfər iştirak edə biləcək. Qrup şəklində videozənglər funksiyasının yaxın aylarda messencerə əlavə olunacağı gözlənilir.
Putinin gizli hazırlanan zirehli maşını üzə çıxdı - VİDEO
Rusiya prezidenti Vladimir Putin üçün xüsusi olaraq hazırlanan “Kortej” markası gizli saxlanılan limuzin, Moskvalı bir vətəndaş tərəfindən kamera vasitəsilə çəkilib. İlk olaraq Kanal 5-də yayımlanan görüntülərdə, kamuflyajla örtülü “Kortej”ə oxşar bir maşının yük daşıyan maşın tərəfindən daşındığı görünüb.
ABŞ-da hərbi təyyarə qəzasında 9 nəfər ölüb
ABŞ-ın Savanna şəhəri yaxınlığında (Corciya ştatı) С-130 Hercules tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədə olanların hamısının öldüyü bildirilir. CNN hərbi mənbələrə istinadla bildirir ki, təyyarənin göyərtəsində 9 nəfər olub. Bundan qabaq hadisə nəticəsində azı 5 nəfərin öldüyü deyilirdi.
Şəbnəm yeni imici ilə Sibel Canı xatırlatdı - FOTOLAR
Sənətçi uzun saçları ilə vidalaşıb və kare saç kəsimi edib. İfaçı yeni görünüşlü fotolarını İnstaqram səhifəsində yerləşdirib.
Xarici ölkələrdən olan konfrans iştirakçıları Bilik Fondunda
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Milli-mənəvi dəyərlər: ənənə və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən Türkiyə və Rusiya universitetlərinin alimləri Bilik Fondunun qonağı olublar. Olaylar.az bildirir ki, Türkiyənin Ortadoğu Teknik Universitetinin professorları Ayşegül Aydıngün, Ayşe Ceylan Tokluoğlu, Sakarya Universitetinin professorları Mustafa Kamal Şan, Musa Taştelen, Moskva Dövlət Hüquq Universitetinin birinci prorektoru, professor Yelena Yuryevna Qraçova Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşübər.
Tanınmış kino aktyorunun xatirəsi anılacaq
Mayın 4-də Dövlət Film Fondunda unudulmaz kino aktyoru Bahadur Əliyevin 85 illiyinə həsr edilən tədbir keçiriləcək. Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyinin və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə reallaşacaq tədbirdə aktyorun yaradıcılığı haqqında fotosərgi nümayiş etdiriləcək, sənətkarın mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışılacaq.
Buktreyler Festivalının qalibləri məlum oldu
Mayın 2-də Beynəlxalq Muğam Mərkəzində qala-gecəsi və III Buktreyler Festivalı qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Mərasimi açan tədbirin təşkilatçısı Ruslan Sabirli qeyd edib ki, festival “Kitabı tanıdın, kitabla tanının!” devizi altında keçirilir. Layihənin əsas məqsədi kitabların və mütaliənin cəmiyyətdə təbliği, mütaliəyə münasibətdə yaradıcı üsulların dəstəklənməsi və inkişafı, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznes sahələrində tərəqqisidir. Üçüncü ildir ölkəmizdə keçirilən bu festivalı böyük maarifləndirici layihədir. Ruslan Sabirli tədbirin yüksək səviyyədə təşkilində verilən dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.
Terror aktı hazırlayan yeniyetmə qız saxlanıldı
ABŞ-ın Texas ştatında yeniyetmə terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb. Bu barədə “The Dallas Morning News” qəzeti məlumat yayıb. Məlumata görə o, Pleyno şəhərindəki ticarət mərkəzində terror aktı həyata keçirməyə hazırlaşırıb. Ehtimal edilir ki, yeniyetmə İŞİD üzvlərinin təsiri ilə hərəkət edə bilər.













