ABŞ-da hərbi təyyarə qəzasında 9 nəfər ölüb

ABŞ-ın Savanna şəhəri yaxınlığında (Corciya ştatı) С-130 Hercules tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədə olanların hamısının öldüyü bildirilir. CNN hərbi mənbələrə istinadla bildirir ki, təyyarənin göyərtəsində 9 nəfər olub. Bundan qabaq hadisə nəticəsində azı 5 nəfərin öldüyü deyilirdi.

ABŞ-ın Savanna şəhəri yaxınlığında (Corciya ştatı) С-130 Hercules tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədə olanların hamısının öldüyü bildirilir. CNN hərbi mənbələrə istinadla bildirir ki, təyyarənin göyərtəsində 9 nəfər olub.

Bundan qabaq hadisə nəticəsində azı 5 nəfərin öldüyü deyilirdi.

Məlumata əsasən, Puerto-Riko Milli Qvardiyasının 156-ci aviasiya bölməsinə məxsus təyyarə Arizona ştatı istiqamətində havaya qalxarkən qəzaya uğrayıb və avtomobil yolunun üzərinə çırpılıb. O da bildirilir ki, xoşbəxtlikdən həmin anda yol boş olub. AzərTac

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31