BƏƏ-də daha bir qadağa ləğv ediləcək

Birləşmiş Ərəb Əmirliklərinin hökuməti “Skype” və “FaceTime” ilə ödənişsiz zənglərə qoyulmuş qadağanın aradan qaldırılması ilə bağlı danışıqlar aparır. Bu haqda “Arabian Business” nəşri yazıb. Videorabitə üçün pulsuz proqramların bloklanması ilə əlaqədar BƏƏ-nin telekommunikasiya provayderləri istifadəçilərə öz pullu proqramlarını təklif edirlər.

Birləşmiş Ərəb Əmirliklərinin hökuməti "Skype" və "FaceTime" ilə ödənişsiz zənglərə qoyulmuş qadağanın aradan qaldırılması ilə bağlı danışıqlar aparır. Bu haqda "Arabian Business" nəşri yazıb.
Videorabitə üçün pulsuz proqramların bloklanması ilə əlaqədar BƏƏ-nin telekommunikasiya provayderləri istifadəçilərə öz pullu proqramlarını təklif edirlər.

Ancaq "Microsoft" korporasiyası BƏƏ-də bir neçə məlumatların işlənməsi mərkəzini işə salıb ki, onlar da bütün Yaxın Şərqi əhatə edir.

Hazırda ölkə hökuməti "Microsoft" və "Apple" şirkətləri ilə bu məsələ ilə əlaqədar danışıqlar aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31