Naməlum türk əsgərinin məzarı ziyarət edildi - MEK tərəfindən

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Qobustan rayonunda yerləşən naməlüm türk əsgərinin məzarı ətrafında şam ağaclarının əkilməsi və Şamaxı məktəb kitabxanalarına "Açıq Kitabxana" layihəsi çərçivəsində Azərbaycan və dünya klassik və müasir ədəbiyyatı nümunələrinin hədiyyə olunması aksiyasını keçiriblər.

Olaylar.az bildirir ki, Acıdərə ərazisində yerləşən Türk şəhidliyində həyata keçirilən aksiyada MEK əməkdaşları tərəfindən 100 ağac əkilib. Səfər zamanı Şamaxı rayonunun Əngəxaran kənd orta məktəbi də ziyarət edilib. Məktəbdə keçirilən tədbirdə Şamaxı şəhər 10 saylı orta məktəbinin, o cümlədən Əngəxaran, Məlhəm, Çuxuryurd kənd orta məktəblərinin kitabxanalarına Mərkəzi Elmi Kitabxana tərəfindən kitablar hədiyyə edilib. Məlumat üçün bildirək ki, MEK Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı müxtəlif aksiyalar, tədbirlər icra edir. Bu münasibətlə MEK-də "Azərbaycan Xalq Cümhuriyyəti - 100" mövzusunda sərgi təşkil edilmiş, kitabxana fondlarında AXC-yə aid olan sənədlər elektron kataloqa salınaraq MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş bazasına daxil edilmiş, sosial şəbəkələrdə və www.mek.az saytında "Azərbaycan Xalq Cümhuriyyəti - 100" silsiləsində ardıcıl materiallar paylaşılmışdır. MEK AXC-nin 100 illiyinə həsr olunmuş tədbirləri davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31