Gündəm

Tünzalədən Nuraya sərt sözlər: "Bu insanın..." - VİDEO

7 May 2018 10:37

Əməkdar artist Tünzalə Ağayeva müğənni Nura Surinin onunla bağlı dediklərinə münasibət bildirib.  “ATV maqazin onlarla”da müğənni Nura onun haqqında "Özünü hər kəsdən üstün görür" sözlərinə qarşı tərəfdən cavab gəlib. Ağayeva bildirib ki, Nuranı həmkarı saymır:

Kaliforniya universitetində Azərbaycana dair mühazirə 

7 May 2018 10:34

Baş konsul: Azərbaycan dünyanın ən mühüm nəqliyyat qovşaqlarından birinə çevriləcək Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Kaliforniya ştatının San Dieqo Dövlət Universitetinin dəvətilə həmin universitetdə  keçirilən elmi konfransda Azərbaycana dair geniş mühazirə ilə çıxış edib. Olaylar.az bildirir ki, universitetin İnformasiya Birliyi və Strategiyası Mərkəzinin keçirdiyi və tanınmış şirkətlərin və mütəxəssislərin iştirak etdiyi konfransda ticarət, təhlükəsizlik, səhiyyə, ətraf mühit və yükdək texnologiyalar üzrə müzakirələr aparılıb.N.Ağayev, ilk öncə Azərbaycanın müstəqillik tarixindən bəhs edərək, ölkəmizin müsəlman dünyasında ilk dünyəvi respublika yaradaraq, qadınlara ABŞ-dan da öncə səsvermə hüququ verən ölkə kimi tarixə düşdüyünü bildirib.

“Bozbash pictures”də yenidən toydur

7 May 2018 10:20

Aktyor, ”Bozbash pictures” komandasının üzvü Azər Baxşəliyevin toyudur. Toy bu həftə şəhər restoranlarından birində olacaq. Məclisə məşhur simalar da dəvət olunublar.

Səyyar ASAN xidmət yeni məntəqələrdə

7 May 2018 10:15

Səyyar ASAN xidmət 19 may Şirvan şəhərində,  7 may Binə qəsəbəsində,15 may Ağdaş, Qovlar şəhərlərində, 25 may Şabran rayonunda, 30 may Biləsuvar, Zaqatala şəhərlərində, 7 – 26 may Ağstafa rayonunda, 8 may – 6 iyun Xırdalan şəhərində, 10 may – 9 iyun İmişli rayonunda, 11 – 25 may Buzovna qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Olaylar.az bildirir ki, Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

100 il sonra eyni ssenari - Fransa Suriyaya QOŞUN YERİDİR

7 May 2018 10:05

PKK işğalı altında olan ərazilərə əsgər və silah-sursat yardımı edərək Suriyanın şərqində yerləşən Fransa 100 il əvvəl Osmanlı dövlətinə etdiyi xəyanətini bu dəfə də PKK-nın vasitəsilə gerçəkləşdirdi.  PKK-dan istifadə edərək Suriyaya girən Fransa ABŞ Prezidenti Donald Trampın "Suriyadan çıxacağıq" açıqlamasından sonra PKK terrorçularının nəzarətində olan bölgələrə əsgər yeritməyə başlayıb. İlk olaraq Münbiçə və Deyr-ez-Zor bölgələrinə qoşunlar göndərib.

Aysel çimərlik geyimində - FOTOLAR

7 May 2018 10:03

Model görüntüləri başında çəkdirdiyini bildirib. O, paylaşımına "Mövsüm açıldı" şərhini yazıb.

İnteraktiv Elm Muzeyi açıldı - Azərbaycanda

7 May 2018 10:01

Hədəf STEM Liseyinin nəzdində fəaliyyət göstərən İnteraktiv Elm Muzeyinin açılışı olub. Olaylar.az bildirir ki, açılış mərasimində millət vəkilləri, o cümlədən deputat Ülviyyə Ağayeva, müxtəlif qurumların nümayəndələri, təhsil müəssisələrindən müəllim-şagird heyətləri iştirak edib. Muzeyin qurucusu və interaktiv təcrübələrin ideya müəllifi, həmçinin muzeyin nəzdində fəaliyyət göstərəcək elmi klubun rəhbəri tanınmış mühəndis Elçin Abbasov, elmi məsləhətçi Yalçın İslamzadə ziyarətçiləri eksponentlərlə tanış edib, demonstrasiyalar haqqında məlumat verib.

“Vikipediya”da Cümhuriyyət tarixi ilə bağlı müxtəlif dillərdə məqalələr yerləşdirilir

7 May 2018 09:52

Azərbaycan Milli Elmlər Akademiyası  Mərkəzi Elmi Kitabxanasının  “Vikipediya” Metodik Mərkəzi könüllülərinin Şəms Tərcümə Mərkəzi ilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) aid bir sıra məqalələr müxtəlif dillərə çevrilib.

2 gündə 274 zəlzələ baş verdi

7 May 2018 09:50

Salvadorda son iki gün ərzində 274 zəlzələ baş verib. Onlardan 37-si hiss olunub. Zəlzələ nəticəsində bir uşaq xəsarət alıb, 11 ev uçub, 170 tikiliyə isə zərər dəyib. Baş verən zəlzələlər 3,2-5,6 bal güclərində olub.

Rəqsanə hamilədir - Əkizləri olacaq

7 May 2018 09:46

Müğənni Rəqsanə İsmayılova ana olmağa hazırlaşır. Sənətçi bu haqda "Zaurla Günay"dın verilişində deyib. O bildirib ki, əkizləri dünyaya gələcək. 

Nebraska ştatında 28 may Azərbaycanın Milli Günü elan edildi

7 May 2018 09:44

ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar bəyannamə imzalayaraq, 2018-ci ilin 28 may tarixini rəsmi olaraq, Azərbaycan Milli Günü elan edib və ştat sakinlərini bu əlamətdar günü qeyd etməyə çağırıb. Olaylar.az bildirir ki, sənəddə 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşdüyü və bütün vətəndaşlarına bərabər hüquqlar vermiş ilk dövlətlərdən biri olduğu diqqətə çatdırılır. Eləcə də, bu respublikanın həmin dövrdə dünyanın bir çox demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı vurğulanır.

Ərdoğan şahid oldu - FOTO

7 May 2018 09:41

Müğənni Alişan və aktrisa Buse Varol bu gün nikah masasına oturub.  Müğənni həyat yoldaşını davul-zurna ilə ata evindən götürüb. Cütlüyün toy günündə ölkənin məşhur simaları toplanıb. Prezident Rəcəb Tayyib Ərdoğan Alişanın nigah şahidi oldu. 

Ərdoğan: "Türkiyə Suriya və İraqda hərbi əməliyyatları dayandırmayacaq"

7 May 2018 09:37

"Türkiyə silahlı qüvvələri Suriya və İraqın şimal hissəsindəki kürd terrorçulara qarşı hərbi əməliyyatları sona qədər davam etdirəcək". Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda hakim Ədalət və İnkişaf Partiyasının fəalları önündə çıxışı zamanı dilə gətirib. O bildirib ki, Türkiyə bu əməliyyatları yarımçıq qoymayacaq:

Kəndin əhalisi atəşə tutuldu:  45 nəfər öldürüldü

7 May 2018 09:36

Nigeriyanın Kaduna əyalətinin Qvakska kəndində silahlıların yerli sakinləri atəşə tutması nəticəsində 45 nəfər ölüb. Silahlı insident zamanı çoxlu sayda insan yaralanıb. Öldürülənlər arasında qadınların və uşaqların olduğu bildirilir. Bundan əlavə, naməlum şəxslər bir neçə yaşayış evini yandırıb.

Azərbaycanlı aktyorlar Rusiyada "Karmen"də oynayacaqlar

7 May 2018 09:35

İyunun 7-dən 10-dək Rusiya Dövlət Akademik Böyük Teatrında J.Bizenin “Karmen” operası nümayiş etdiriləcək.  Səhnə əsərində iyunun 7-də və 9-da Mikaelanın partiyasını Azərbaycanın əməkdar artisti Dinara Əliyeva (soprano), Eskamilyonun partiyasını Elçin Əzizov ifa edəcək.