100 il sonra eyni ssenari - Fransa Suriyaya QOŞUN YERİDİR

PKK işğalı altında olan ərazilərə əsgər və silah-sursat yardımı edərək Suriyanın şərqində yerləşən Fransa 100 il əvvəl Osmanlı dövlətinə etdiyi xəyanətini bu dəfə də PKK-nın vasitəsilə gerçəkləşdirdi.  PKK-dan istifadə edərək Suriyaya girən Fransa ABŞ Prezidenti Donald Trampın "Suriyadan çıxacağıq" açıqlamasından sonra PKK terrorçularının nəzarətində olan bölgələrə əsgər yeritməyə başlayıb. İlk olaraq Münbiçə və Deyr-ez-Zor bölgələrinə qoşunlar göndərib.

PKK işğalı altında olan ərazilərə əsgər və silah-sursat yardımı edərək Suriyanın şərqində yerləşən Fransa 100 il əvvəl Osmanlı dövlətinə etdiyi xəyanətini bu dəfə də PKK-nın vasitəsilə gerçəkləşdirdi.

PKK-dan istifadə edərək Suriyaya girən Fransa ABŞ Prezidenti Donald Trampın "Suriyadan çıxacağıq" açıqlamasından sonra PKK terrorçularının nəzarətində olan bölgələrə əsgər yeritməyə başlayıb. İlk olaraq Münbiçə və Deyr-ez-Zor bölgələrinə qoşunlar göndərib.

Fransanın sabiq xarici işlər naziri Kouçner son 6 ayda Rakkaya 4 dəfə səfər edib. Hasekə, Deyr-ez-Zor, Münbiç bölgələrində hərbi bazalar inşa edən Fransa keçən günlərdə Deyr-ez-Zorda PKK-ya fəal dəstək göndərib.

Xatırladaq ki, PKK sözçüsü Dara Mustafa Fransanın regionda artan hərbi fəallığından məmnun qaldığını deyərək, mətbuat konfransında "Fransa PKK-nı daxili və xarici təhdidlərə qarşı qoruma sözü verib" ifadəsini işlədib. Fransa rəsmiləri ilə səmimi münasibətlər qurduqlarını deyən D.Mustafa PKK-nın Fransa prezidenti Emmanuel Makron ilə yaxın əlaqələrdə olduqlarını və Fransanın müntəzəm olaraq PKK-ya maddi və hərbi yardımlar göstərdiyini dilə gətirib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31