Səyyar ASAN xidmət yeni məntəqələrdə
Səyyar ASAN xidmət 19 may Şirvan şəhərində, 7 may Binə qəsəbəsində,15 may Ağdaş, Qovlar şəhərlərində, 25 may Şabran rayonunda, 30 may Biləsuvar, Zaqatala şəhərlərində, 7 – 26 may Ağstafa rayonunda, 8 may – 6 iyun Xırdalan şəhərində, 10 may – 9 iyun İmişli rayonunda, 11 – 25 may Buzovna qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Olaylar.az bildirir ki, Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
7 May 2018 10:15 SosialSəyyar ASAN xidmət 19 may Şirvan şəhərində, 7 may Binə qəsəbəsində,15 may Ağdaş, Qovlar şəhərlərində, 25 may Şabran rayonunda, 30 may Biləsuvar, Zaqatala şəhərlərində, 7 - 26 may Ağstafa rayonunda, 8 may - 6 iyun Xırdalan şəhərində, 10 may - 9 iyun İmişli rayonunda, 11 - 25 may Buzovna qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Olaylar.az bildirir ki, Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Qeyd edək ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.