2 gündə 274 zəlzələ baş verdi

Salvadorda son iki gün ərzində 274 zəlzələ baş verib. Onlardan 37-si hiss olunub. Zəlzələ nəticəsində bir uşaq xəsarət alıb, 11 ev uçub, 170 tikiliyə isə zərər dəyib. Baş verən zəlzələlər 3,2-5,6 bal güclərində olub.

Salvadorda son iki gün ərzində 274 zəlzələ baş verib. Onlardan 37-si hiss olunub.

Zəlzələ nəticəsində bir uşaq xəsarət alıb, 11 ev uçub, 170 tikiliyə isə zərər dəyib. Baş verən zəlzələlər 3,2-5,6 bal güclərində olub.

Zəlzələ ilə əlaqədar Çirilaqua, İntipuka (San-Migel departamenti) və El-Karmen (Da-Unyon departamenti) bələdiyyələrində "sarı" və "narıncı" təhlükə səviyyələri elan edilib.

Maddi cəhətdən zərər çəkənlərin və müvəqqəti təxliyyə olunanların sayı 640 nəfər təşkil edir. A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31