Gündəm
Bu gün radio günüdür
Əmək haqqının artımı korrupsiyanın qarşısını ala bilərmi?
Bakı metrosunda tələbə ürəktutmadan dünyasını dəyişdi
Ömrümün Qarabağ səhifəsi
İranda zəlzələ nəticəsində 80-dən çox insan xəsarət alıb
Azərbaycan triatlonçusu Dünya Kubokunun qalibi olub
Ötən il azərbaycanlı turistlər xaricdə 3 milyard dollar xərcləyib
Fransızlar Qurani-Kərimə dəyişiklik etmək istəyir - "Bu ayələr çıxarılsın"
300 fransız yazıçı və siyasətçinin Qurani-Kərimdən bəzi ayələrin çıxarılması tələbinə qarşı Türkiyə kəskin mövqe sərgiləyib. Türkiyənin Avropa İttifaqındakı təmsilçisi Ömər Çelik bəşəriyyətin müqəddəs kitabı Qurani-Kərimə qarşı bu cür iddialar irəli sürən fransızların İŞİD terrorçularından bir fərqinin olmadığını dilə gətirib.
“Mənə İlhamə deyirdiniz, Natavan oldu” - Röya
Əməkdar artist Röya Ayxan müğənni Natavan Həbibiyə söz atıb. Bir neçə gün əvvəl solo konsert verən müğənni gecənin sonunda jurnalistlərlə bir araya gəlib. Röya müğənni Samir Piriyevin N.Həbibiyə "İkinci İlhamə Quliyeva gəlir, ehtiyatlı olun" sözlərinə münasibət bildirib:
Ziya Məmmədovun oğlu Ərdoğanla birgə məşhur türk müğənnisinin NİKAH ŞAHİDİ OLDU - FOTO
Azərbaycanın eks nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Alişanın toyunda iştirak edib. Ötən həftə 25 milyon manata Böyük Britaniyada vətəndaşlıq aldığı deyilən sabiq nazir oğlu müğənni Alişanın nikah şahidi olub.
Sərgi - UNESCO-ya üzvlüyün 25 illiyinə həsr olunacaq
Mayın 8-də İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə UNESCO-ya üzvlüyün 25 illiyinə həsr olunmuş sərgi açılacaq. Sərgidə bir çox gənc və tanınmış rəssamın müxtəlif texnikada işlədiyi maddi və mənəvi irsi əks etdirən mövzularda, özünəməxsus tərzdə yaratdıqları əsərlər nümayiş olunacaq.
Talıb Tale nişanlandı - VİDEO -FOTO
Tramp və Kim arasında tarixi görüşün YERİ və VAXTI açıqlandı
ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In ehtimal ki, iyunun ortalarında Sinqapurda görüşəcəklər. Bu haqda diplomatik mənbələrə istinadən Cənubi Koreyanın “Chosun Ilbo” qəzeti bildirib. Diplomatik mənbələrin isə Trampının milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltondan sitat gətirdiyi deyilir.
Kür-Araz mədəniyyətinə xas yeni tikili qalıqları üzə çıxdı
Şabran rayonu ərazisindəki eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidəsində aparılan arxeoloji qazıntıların növbəti mərhələsi zamanı Kür-Araz mədəniyyətinə xas olan yeni tikili qalıqları aşkarlanıb. Olaylar.az bildirir ki, rayonun Aygünlü kəndi ərazisində yerləşən abidədə aşkarlanan tapıntılar Şimali Qafqazdan Suriyaya, Fələstinə qədər gedib çıxan Kür-Araz mədəniyyətinə aiddir. Eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid edilən abidə bu vaxta kimi Azərbaycanın şimal-şərqində aşkarlanan və tədqiqatlar aparılan ən qədim yaşayış məskənidir.












.jpg)

