Bu gün radio günüdür
7 May 2018 11:23 MədəniyyətBu günün dünya elm və texnikası tarixinə radionun ad günü kimi daxil olmasının səbəbi 1895-ci ilin məhz bu günü rus fiziki Aleksandr Stepanoviç Popov radioəlaqənin ilk seansının həyata keçirilməsilə bağlı Rusiyanın Sankt -Peterburq şəhərində məruzə ilə çıxış edərək dünyada birinci radioqəbuledicini təqdim etməsidir. Ancaq Qərbi Avropa Nikola Tesla və Quqlielmo Markonu (Guglielmo Marconi) radionun ixtiraçısı hesab edirlər.
Olaylar.az bildirir ki, Radio Günü rəsmi olaraq Bolqarıstan və Rusiyada xüsusi günlər kimi qeyd olunur.
1945-ci il mayın 7-də SSRİ Aleksandr Popovun adı ilə bağlı olan radionun yaranmasının 50 illiyini təntənəli şəkildə keçirdi. Bu tarix Popovun ölümündən həm də 40 il sonra idi. Beləliklə, 1945-ci ildən 7 may tarixini hər il Radio Günü olaraq qeyd etmək qərara alındı.