İranda zəlzələ nəticəsində 80-dən çox insan xəsarət alıb
7 May 2018 11:10 DünyaIranın cənub-qərbində yerləşən Kohgiluyə və Boyer-Əhməd ostanında baş verən zəlzələ nəticəsində 82 nəfər xəsarət alıb.
Zəlzələ dünən yerli vaxtla gecə yarısı Yasuc şəhərini yaxınlığında baş verib. Zəlzələ ocağı 5 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində Yasucda elektrik təchizatı müvəqqəti olaraq pozulub.
Həkimlər hadisə yerində 71 nəfər yerli sakinə tibbi yardım göstərildiyini, 11 nəfərin xəstəxanaya yerləşdirildiyini bildiriblər.
Xatırladaq ki, keçən həftə Yasuc şəhərinin şimal-qərbində baş verən zəlzələ nəticəsində 133 nəfər xəsarət almışdı/
Bu barədə "Report" IRNA-ya istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31