“Vikipediya”da Cümhuriyyət tarixi ilə bağlı müxtəlif dillərdə məqalələr yerləşdirilir

Azərbaycan Milli Elmlər Akademiyası  Mərkəzi Elmi Kitabxanasının  “Vikipediya” Metodik Mərkəzi könüllülərinin Şəms Tərcümə Mərkəzi ilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) aid bir sıra məqalələr müxtəlif dillərə çevrilib.

Azərbaycan Milli Elmlər Akademiyası  Mərkəzi Elmi Kitabxanasının  "Vikipediya" Metodik Mərkəzi könüllülərinin Şəms Tərcümə Mərkəzi ilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinə (AXC) aid bir sıra məqalələr müxtəlif dillərə çevrilib.

Yetmişdən çox məqalə başqa dillərə tərcümə olunaraq müxtəlif "Vikipediya"larda yerləşdirilib. Bununla da tarixi şəxsiyyətlərimiz haqqında məlumatların daha geniş yayılması təmin edilib. Könüllülərimiz Azərbaycan dilində fəaliyyət göstərən "Vikipediya"ya töhfə verməkdə davam edirlər. Onlar tərəfindən Azərbaycan dilində 250-dən çox məqalə yaradılıb və ya əsaslı redaktə olunub. İyunda "AXC-100 Vikipediyada" mövzusunda tədbir keçirməyi planlaşdırırıq. Tədbirdə "Vikipediya"da yerləşdirilən və redaktə olunan məqalələr barədə məlumat veriləcək. Sərbəst elektron resurslar şöbəsinin əməkdaşları və könüllü vikiçilər öz üzərlərinə düşən işi məsuliyyətlə yerinə yetirir, elmi mənbələrdən daha dolğun istifadə məqsədilə AMEA-nın müxtəlif qurumları ilə çalışırlar.

AzərTac

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31