Gündəm

“Unudulmayanlar” adlı layihəsində Şövkət Əlekbərova yad ediləcək

9 May 2018 11:13

Beynəlxalq Muğam Mərkəzi «Unudulmayanlar» adlı yeni iri-miqyaslı layihə təqdim edir. Layihənin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin – bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır.  Mayın 14-də layihə çərçivəsində Xalq artisti, Azərbaycan musiqi ifaçılığı məktəbinin görkəmli nümayəndəsi Şövkət Ələkbərovanın yaradıcılığına həsr olunmuş tədbir keçiriləcəkdir.

Rəqsanə ərindən danışdı: "Öz ailəsi ola-ola..."

9 May 2018 11:10

Çoxdandır görünməyən, fəaliyyətini Rusiyada davam etdirən müğənni Rəqsanə İsmayılova müsahibə verib. Müğənni övladlarının atasından danışıb. İfaçı “bu fikirlə razılaşırsınızmı ki, qadını gözəlləşdirən sevgidir? Yoxsa ki, sevgiyə inamınız itib?” sualını bu şəkildə cavablandırıb.

Azərbaycan XİN xarici KİV nümayəndələrinin Qarabağ səfərinə icazə verdi

9 May 2018 11:08

Xarici KİV nümayəndələrinin Paşinyanın brifinqinə görə Xankəndiyə getməsinə etiraz edilməyib. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın yeni baş naziri Nikol Paşinyanın bu gün Xankəndidə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Ödənişsiz səyyar tibbi müayinə aksiya

9 May 2018 11:06

  “ASAN xidmət”  və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Zaqatalada ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib. Aksiya çərçivəsində 600-ə yaxın vətəndaş ödənişsiz olaraq peşəkar həkim müayinələrindən yararlanıb.

Governor of the U.S. State of Nevada honors the 100th anniversary of the Azerbaijan Democratic Republic

9 May 2018 11:02

The Governor of the U.S. State of Nevada, Brian Sandoval, signed a certificate of recognition on the 100th anniversary of the Azerbaijan Democratic Republic. The document was sent to Azerbaijan’s Consulate General in Los Angeles, which also covers the State of Nevada. Stating that this certificate is presented in honor of the Republic of Azerbaijan and in recognition of the 100th anniversary of the Azerbaijan Democratic Republic, the Governor says: “The State of Nevada extends best wishes to all those who gather to celebrate this historic milestone.”

Qubernator Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar təbrik bəyannaməsi imzaladı 

9 May 2018 11:01

ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval (Brian Sandoval) Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar təbrik bəyannaməsi imzalayıb. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş təbrik bəyannaməsində qubernator bu tarixi yubiley münasibətilə Nevada ştatı adından Azərbaycanı təbrik edir və ən xoş arzularını çatdırır.

“Bəzi banklar bağlanacaq” iddiası

9 May 2018 10:58

Əkrəm Həsənov: “Bankların ən əsas məsələsi olan problemli kreditlər artmaqda davam edir” Maliyyə Bazarlarına Nəzarət Palatası rəsmisi bank sektorunda müsbət göstəricilərin qeydə alınması ilə bağlı məlumat verib. “APA-Economics”in məlumatına görə, Bakıda “Rəqəmsal Biznes Trendləri” devizi altında keçirilən II Maliyyə və İnvestisiya Forumunda Maliyyə Bazarlarına Nəzarət Palatasının Bank Fəaliyyətinə Nəzarət Departamentinin Xarici Nəzarət İdarəsinin rəisi Taleh Nəhmətov  çıxış edərək, bank sektoruna müsbət təsir göstərən iqtisadi inkişafdan bəhs edib.

Komitədə kadr dəyişiklikləri olacaq

9 May 2018 10:56

“Cənab prezident diaspora işi ilə bağlı çox ciddi tapşırıqlar verib. Mütləq qaydada kadr dəyişiklikləri olacaq”. Bu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. O bildirib ki, bu istiqamətdə ciddi işlər aparılır: “Çalışırıq ki, komitənin işində yeni istiqamətlər olsun. Diaspor işi tək xaricdə yaşayan azərbaycalılarla deyil, həm də Azərbaycanda yaşayan xaricilərlə bağlı olmalıdır.

Bu görüntülər müharibə elanı deməkdir – İran parlamentindən ŞOK VİDEO

9 May 2018 10:52

ABŞ-ın İranla imzalanan nüvə sazişindən çəkilməsinə etiraz olaraq İran parlamentində ABŞ-ın bayrağı yandırılıb. Deputatlar “Amerikaya ölüm!” şüarları səsləndiriblər.

Tiflo tərcümə olunmuş “Dolu” filmi təqdim olundu

9 May 2018 10:52

Nizami Kino Mərkəzi “Kino hər kəs üçün” layihəsi çərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi , Əlil Ziyalılar İctiami Birliyi və Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə birgə görmə və eşitmə məhdudiyyətli olan insanlar üçün tiflo tərcümə edilmiş milli “Dolu” filmini təqdim edib. “Dolu” bədii filminin tiflo və surdotərcüməsi Azərbaycan Əlil Ziyalılar Ictimai Birliyi tərəfindən hazırlanıb.

“Heydər Əliyev dərsi” -  Musiqili Teatrda

9 May 2018 10:48

Azərbaycan Dövlət Musiqili Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə "Heydər Əliyev dərsi" keçirilib. Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. "Azərbaycan dövlətinin bugünkü inkişafı ümummilli lider Heydər Əliyev adı ilə bağlıdır. Onun teatr və incəsənətimizə xüsusi diqqət və qayğısı danılmaz bir fakdır”,- deyə Lalayev qeyd edib.