Bu görüntülər müharibə elanı deməkdir – İran parlamentindən ŞOK VİDEO

ABŞ-ın İranla imzalanan nüvə sazişindən çəkilməsinə etiraz olaraq İran parlamentində ABŞ-ın bayrağı yandırılıb. Deputatlar “Amerikaya ölüm!” şüarları səsləndiriblər.

 

ABŞ-ın İranla imzalanan nüvə sazişindən çəkilməsinə etiraz olaraq İran parlamentində ABŞ-ın bayrağı yandırılıb.

Deputatlar "Amerikaya ölüm!" şüarları səsləndiriblər.

İran parlamentinin spikeri Əli Laricani Trampın nüvə sazişini anlayacaq qədər zehniyyətə sahib olmadığını söyləyib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dünən İranla imzalanan nüvə sazişindən çəkildiklərini bəyan edib.

"İran terror təşkilatlarını dəstəkləyir. İran dövləti terrorun sponsorudur. İran "Hizbullah", Həmas, Taliban və "Əl-Qaidə"ni dəstəkləyir. İranla nüvə razılaşması İrana uranı zənginləşdirməyə imkan verdi. Bu müqavilə utancvericidir. Bu, birtərəfli müqavilədir. Nüvə razılaşmasına icazə versəm, Yaxın Şərqdə silahlanma olacaq. Bu razılaşma İranın bölgə ilə bağlı planlarına maneə törətməyib. İranın nüvə bombasını əldə etməsinin qarşısını bu müqavilə ilə ala bilmərik. İranla razılaşmadan çəkilirəm", - ABŞ-ın prezidenti Donald Tramp bildirib.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31