Gündəm
Çox çörək yemək qadınlarda sonsuzluq riskini artırır
Kolumbiya Universitetinin professorları çox çörək yeyən qadınlarda sonsuzluq riskinin artdığını açıqlayıblar. Hamilə qala bilməyən 188 qadının iştirak etdiyi araşdırmada qlutenli qidalar yeyən qadınlarda sonsuzluq riskinin 6 dəfə çox olduğu müəyyənləşdirilib. Qlutenlə ən zəngin qidanın çörək olduğunu bildirən alimlər ana olmaq istəyənlərə çörəkdən az istifadə etməyi məsləhət görüblər.
“Hacıbala kimiləri mənim dədə-babamın qarşısında nökər işləyib” – Şeyx Əbdüldən şok sözlər
“Ailəmə, mülkümə qarşı işğalçılıqla məşğu olan Hacıbala Abutalıbovun qarşısında qanunun aciz qaldığına görə ad günümdən imtina edirəm və bütün titullarıma nifrət edirəm”. Bunu əməkdar incəsənət xadimi Əbdül MahmudbəyovBakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı və hazırda baş nazirin müavini Hacıbala Abutalıbovla aralarında olan qalmaqalla bağlı məhkəmə qərarının icra olunmamasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, baş nazirin müavini təyin edilən Hacıbala Abutalıbov Azərbaycan dövlətinin adından çıxarılan məhkəmə qərarını icra etmədi:
İsrail hərbçiləri hər yeri külə döndərdi – VİDEO
İsrail hərbçilərinin Dəməşq ətrafında yerləşən Kisva ərazisinə raket zərbələrinin nəticələrini göstərən görüntülər yayılıb. Yutubda “Asem Saleh” adlı istifadəçi tərəfindən dərc edilmiş kadrlarda raket zərbələrindən sonra yanğının baş verdiyi görünür.
Macarıstan səfiri Bilik Fondunda
Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Viktor Sederkenyi, səfirliyin ikinci katibi, mədəniyyət və təhsil əlaqələri üzrə diplomat Mihay Qruber Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olublar. Olaylar.az bildirir ki, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşən səfirə Fondun fəaliyyəti barədə ətraflı məlumat verilib.
"Azərelektroişıq" ASC ləğv edildi
"Azərelektroişıq" ASC ləğv olunduğunu elan edib. Bu barədə məlumat "Vergilər" qəzetinin xüsusi buraxılışında dərc olunub.
Türkiyənin F-35-ləri təhvil alacağı tarix açıqlandı
Türkiyənin F-35 hərbi təyyarələrini təhvil alacağı vaxt açıqlanıb. Hərbi texnika iyunun 21-də ABŞ-da sahibinə təhvil veriləcək. Türkiyənin Müdafiə Sənayesi müşaviri İsmayıl Dəmir, Türkiyənin F-35 proqramının 9 ortağından biri olduğunu bildirib.
Ümummilli Liderin anadan olmasının 95 illiyinə həsr olunmuş konsert
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konsert keçirilib. Konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bakı şəhər musiqi məktəblərinin direktorları və başqa qonaqlar iştirak ediblər.
Dövlət Yol Polisindən sabahkı günlə bağlı xəbərdarlıq
Mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə paytaxtın bir sıra avtomobil yollarında hərəkət istiqaməti dəyişdiriləcək. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə səhər saat 08:00-dan tədbir tam başa çatanadək Parlament prospekti – Fəxri xiyaban istiqaməti üzrə məhdudiyyət tətbiq olunacaq.
Məşhur rejissor vəfat etdi - FOTO
Novator rejissor, müharibədən sonrakı italyan filmlərinin ustad rejissorlarından biri, kinossenarist Ermanno Olmi Aziaqodo 86 yaşında dünyasını dəyişib. İtaliyanın Berqamo şəhərinin sakini olan tanınmış rejissor “Zaman dayandı”, “Hadisə”, “Başmaqlar üçün ağac” kimi filmlərə yeni forma tərtibatı verərək, özünün xüsusi film üslubunu yaratmışdı.
Azərbaycanda bu telekanallar birləşdi
"Region TV" MMC fəaliyyətinə xitam verilərək "Türkel TV" MMC-yə qoşulub. Bu barədə məlumat rəsmi mətbuatda dərc olunub.
Məşhurlar “Eurovision”dakı UĞURSUZLUĞUMUZDAN danışdı: “Rəngsiz-soyuq əcnəbi musiqiləri...”
Xəbər verdiyimiz kimi dünən Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub. Azərbaycan müsabiqədə iştirak etməyə başladığı 2008-ci ildən bu yana ilk dəfə olaraq final mərhələsinə vəsiqə qazana bilməyib. İlk yarımfinalda 1 nömrə altında “X my heart” mahnısı ilə çıxış edən təmsilçimiz Aysel Məmmədova uğursuzluğa düçar olub.
Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində yazıçı, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru professor Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə filologiya elmləri doktoru, professor Şirindil Alışanov, filologiya elmləri doktoru, professor İfrat Əliyev, filologiya elmləri doktoru, professor Abdulla Abbasov, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Vasim Məmmədəliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, xalq şairi, əməkdar incəsənət xadimi Fikrət Qoca, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.














