Türkiyənin F-35-ləri təhvil alacağı tarix açıqlandı
Türkiyənin F-35 hərbi təyyarələrini təhvil alacağı vaxt açıqlanıb. Hərbi texnika iyunun 21-də ABŞ-da sahibinə təhvil veriləcək. Türkiyənin Müdafiə Sənayesi müşaviri İsmayıl Dəmir, Türkiyənin F-35 proqramının 9 ortağından biri olduğunu bildirib.
9 May 2018 10:31 DünyaTürkiyənin F-35 hərbi təyyarələrini təhvil alacağı vaxt açıqlanıb.
Hərbi texnika iyunun 21-də ABŞ-da sahibinə təhvil veriləcək.
Türkiyənin Müdafiə Sənayesi müşaviri İsmayıl Dəmir, Türkiyənin F-35 proqramının 9 ortağından biri olduğunu bildirib.
"Bu ortaqlıq müqaviləsidir. Bu andan senatorlar, konqresdə edilən mübahisələr proqramımıza heç bir təsir göstərmir. Hərbi texnika bizə təhvilverildiyi zaman heç kəsdən icazə almayacağıq. Bunun icazəssi artıq verilib"- deyə İsmayıl Dəmir vurğulayıb.
Türkiyə proqrama ortaq olmaq üçün 1 milyard dollar pul verib və 100 F-35 almağı planlaşdırıb.
İsmayıl Dəmir əlavə edib ki, Türkiyə F-35-ləri təhvil aldıqdan sonra pilotları ABŞ-da təlimlərini davam etdirəcək. Bir il sonra yəni 2019-cu ildə hərbi təyyarələr Türkiyə səmasında görünəcək.
A24.Az