Macarıstan səfiri Bilik Fondunda
Macarıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Viktor Sederkenyi, səfirliyin ikinci katibi, mədəniyyət və təhsil əlaqələri üzrə diplomat Mihay Qruber Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olublar. Olaylar.az bildirir ki, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşən səfirə Fondun fəaliyyəti barədə ətraflı məlumat verilib.
9 May 2018 10:36 SosialMacarıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Viktor Sederkenyi, səfirliyin ikinci katibi, mədəniyyət və təhsil əlaqələri üzrə diplomat Mihay Qruber Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olublar.
Olaylar.az bildirir ki, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşən səfirə Fondun fəaliyyəti barədə ətraflı məlumat verilib.
Azərbaycan-Macarıstan əlaqələrinin bütün sahələr üzrə inkişaf etdiyini bildirən O.Səmədov mədəni və elmi müstəvidə əməkdaşlığın genişlənməsinin vacibliyinə toxunub. O, bir vaxtlar Azərbaycanın Şuşa və Ağdam şəhərlərinin Macarıstanın Gyöngyöş və Tisavaşvari şəhərlərinin qardaşlaşdığını xatırladaraq, Fondun bu əlaqələrin daha da intensivləşməsinə töhfə verməyə hazır olduğunu deyib.
Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi səmimi görüşə, qonaqpərvər münasibətə görə minnətdarlığını bildirərək, Macar dövləti ilə Azərbaycanın dostluğunu əks etdirən iqtisadi, siyasi, mədəni, elmi müstəvidə yaşanan hadisələri xatırladıb.
Bilik Fondu ilə, xüsusən elmi sahədə praktiki əlaqələr qurmağa hazır olduqlarını deyən səfir elm sahəsində əməkdaşlığın, alim və tədqiqatçı mübadiləsinin, hər iki ölkənin turizm imkanlarının təbliğ olunmasının, mədəniyyət yönümlü birgə tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıb.
Sonda qonaqlara Fondun xatirə hədiyyələri təqdim edilib.