Rauf Talışinski ilə vida mərasimi keçirilir
9 May 2018 14:04 MədəniyyətTəzə Pir məscidində "Exo" qəzetinin baş redaktoru, tanınmış jurnalist Rauf Talışinski ilə vida mərasimi keçirilir.
Vida mərasimində mərhumun yaxınları, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Elçin Şıxlı, Arif Əliyev və digər jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak edir.
Vida görüşündən sonra Rauf Talışinskinin cənazəsi Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılacaq.
Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31