Qubernator Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar təbrik bəyannaməsi imzaladı
ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval (Brian Sandoval) Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar təbrik bəyannaməsi imzalayıb. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş təbrik bəyannaməsində qubernator bu tarixi yubiley münasibətilə Nevada ştatı adından Azərbaycanı təbrik edir və ən xoş arzularını çatdırır.
9 May 2018 11:01 Xarici siyasətABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval (Brian Sandoval) Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar təbrik bəyannaməsi imzalayıb.
Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş təbrik bəyannaməsində qubernator bu tarixi yubiley münasibətilə Nevada ştatı adından Azərbaycanı təbrik edir və ən xoş arzularını çatdırır.
Qeyd edək ki, bu Nevada ştatının qubernatoru B.Sandoval tərəfindən Azərbaycana dair imzalanmış ilk bəyannamə deyil. Belə ki, qubernator B.Sandoval hələ 2017-ci ildə Xocalı faciəsi ilə də bağlı bəyannamə imzalayaraq, bu faciəni pisləmişdi.
Respublikaçılar partiyasına mənsub olan qubernator B.Sandoval 2011-ci ildə keçirilmiş seçkilərdə qalib gələrək bu vəzifəyə seçilib.