Gündəm

12450 manat məbləğində ziyan dəydi -  Baş  Prokurorluğua müraciət edildi

10 May 2018 10:26

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yaşköküstə 4-34 sm diametrliyində 27 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkar edilib. Olaylar.az bildirir ki, araşdırma zamanı ağacların Yeni Ramana qəsəbə sakini Elbrus İsmayılov tərəfindən kəsildiyi və  təbiətə 12450 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Vladiqafqaz səfərininin uğurları

10 May 2018 10:24

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Şimali Osetiyanın Vladiqafqaz şəhərinə qastrol səfərini uğurla yekunlaşdırıb. Teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov səfər təəssüratlarını Olaylar.az -a bölüşərək bildirib ki, kollektivimiz çox yüksək səviyyədə qarşılandı. "Səfərin ilk günündə Şimali Osetiya Respublikasının mədəniyyət naziri Ruslan Mildzuxov tamaşamızı izləməyə gəlmişdi və tamaşadan sonra kollektivlə görüşərək təəssüratlarını bölüşdü. Səfərin sonuncu günü, bağlanış mərasimində isə Şimali Osetiyanın mədəniyyət nazirinin müavini Çermen Dudayev kollektivimizə yüksək səhnə peşəkarlığı, xalqlarımız və mədəniyyətlərimiz arasında əlaqələrin qorunması naminə apardıqları yorulmaz fəalliyyətə görə nazirin “Təşəkkür məktubu”nu təqdim etdi.

Hamam xələtində foto paylaşdı, Fridaya bənzədildi

10 May 2018 10:16

Əməkdar artist Tünzalə Əliyeva hamam xalatında foto paylaşıb. Müğənni şəklinə “Mənəviyyatımıza baxım edə biliriksə, üz baxımının faydası olar... Qəlbi çirkin, üzdə boş “gözəllikdən“ nə fayda” sözlərini yazıb.

Havada müşahidə olunan kəskin iy-qoxunun səbəbləri müəyyən edildi

10 May 2018 10:13

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri 4-8 may 2018-ci il tarixində Bakının Xətai, Nizami, Səbayıl rayonlarında yaranan kəskin iy-qoxu ilə bağlı monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb. Analizlərin nəticələrinə görə atmosfer havasında müşahidə olunan kəskin iy-qoxunu yaradan səbəblər müəyyən edilib. Havada karbohidrogen mənşəli qaz qarışıqları və hidrogen-sulfidin miqdarı müəyyən günlərdə normadan dəfələrlə artıq olub.

Teatr “Konuk Tiyatrolar” layihəsində uğurla çıxış etdi

10 May 2018 10:12

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Güşvər Şərifova  Antalya Büyükşehir Bələdiyyəsinin “Şehir Tiyatroları"nın keçirdiyi “Konuk Tiyatrolar” layihəsində iştirak edib.

Nizami Kino Mərkəzinin repertuarında dəyişiklik edildi

10 May 2018 10:10

Mayın 10 –da Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar repertuarda dəyişiklik edilib. Olaylar.az bildirir ki, kinomərkəzin repertuarına, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Səlnamə” kinostudiyasında rejissor İqbal Məmmədəliyevin çəkdiyi “Əbədiyyət yolu” adlı qısametrajlı sənədli film daxıl edilib.

Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi

10 May 2018 10:02

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü günüdür. İlham Əliyev Fəxri xiyabanda Ümummilli liderin məzarını ziyarət edib, onun məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

ABŞ-ın Meyn ştatında 28 May Azərbaycan Günü elan edildi

10 May 2018 10:01

Amerikanın Meyn ştatının ən böyük şəhəri və Kamberlend dairəsinin inzibati mərkəzi olan Portlend şəhərinin meri Etan Strimlinq (Ethan Strimling) Azərbaycan Demokratik Respublikasının 100-cü ildönümü ilə əlaqədar olaraq rəsmi bəyanat verib. Olaylar.az bildirir ki, bəyanatda 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Demokratik Respublikası müstəqilliyinin qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin etmişdir.

Vaşinqtonda Ümummilli liderin xatirəsinə həsr olunan “Unudulmaz” filmi təqdim edildi

10 May 2018 08:31

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti silsilə tədbirlər keçirilib. Tədbirdə ABŞ-da yaşayan və fəaliyyət göstərən həmyerlilərimiz və səfirliyin əməkdaşları iştirak ediblər. Səfirlikdən Olaylar.az -a bildirilib ki, mərasimdə çıxış edən səfir Elin Süleymanov əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev barədə xatirələrini bölüşüb. Müasir, müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Liderin müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açıb, Ümummilli liderin Azərbaycanla ABŞ arasında münasibətlərin genişlənməsi və möhkəmlənməsi istiqamətində gördüyü işlərin ikitərəfli münasibətlərimiz üçün möhkəm zəmin yaratdığını qeyd edib.