Ağ Ev: “İsrailin öz suverenliyini müdafiə etmək hüququ var”
10 May 2018 08:28 DünyaAğ Ev bu gecə Suriya-İsrail sərhədində, Qolan yüksəkliklərində baş verən hadisələrə münasibət bildirib.
Ağ Evin sözçüsü Sara Sanders "Fox News" telekanalına müsahibəsində ABŞ-ın İsraili tam dəstəklədiyini bəyan edib.
"Bu hücum bir daha sübut edir ki, İrana etibar etmək olmaz. İsrailin öz suverenliyini müdafiə etmək üçün tam hüququ var. İsrailin özünümüdafiəyə yönələn hər bir addımını ardıcıl şəkildə dəstəkləyəcəyik", deyə S.Sanders vurğulayıb.
Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31