Vaşinqtonda Ümummilli liderin xatirəsinə həsr olunan “Unudulmaz” filmi təqdim edildi

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti silsilə tədbirlər keçirilib. Tədbirdə ABŞ-da yaşayan və fəaliyyət göstərən həmyerlilərimiz və səfirliyin əməkdaşları iştirak ediblər. Səfirlikdən Olaylar.az -a bildirilib ki, mərasimdə çıxış edən səfir Elin Süleymanov əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev barədə xatirələrini bölüşüb. Müasir, müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Liderin müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açıb, Ümummilli liderin Azərbaycanla ABŞ arasında münasibətlərin genişlənməsi və möhkəmlənməsi istiqamətində gördüyü işlərin ikitərəfli münasibətlərimiz üçün möhkəm zəmin yaratdığını qeyd edib.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti silsilə tədbirlər keçirilib. Tədbirdə ABŞ-da yaşayan və fəaliyyət göstərən həmyerlilərimiz və səfirliyin əməkdaşları iştirak ediblər.

Səfirlikdən Olaylar.az -a bildirilib ki, mərasimdə çıxış edən səfir Elin Süleymanov əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev barədə xatirələrini bölüşüb. Müasir, müstəqil və suveren Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Liderin müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açıb, Ümummilli liderin Azərbaycanla ABŞ arasında münasibətlərin genişlənməsi və möhkəmlənməsi istiqamətində gördüyü işlərin ikitərəfli münasibətlərimiz üçün möhkəm zəmin yaratdığını qeyd edib. Səfir Süleymanov Ümummilli liderin ən sadiq davamçısı olan Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndiyini və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd edib.

Daha sonra diplomat Azərbaycanın ABŞ-dakı səfirliyinin yerləşdiyi binanın Ümummilli Lider Heydər Əliyevin qərarı ilə alındığını diqqətə çatdırıb və bu binanın müstəqil Azərbaycan Respublikasının xaricdə diplomatik fəaliyyət üçün aldığı ilk mülk olduğunu vurğulayıb. 

Güllərin əkilməsi mərasiminin ardıncaSəfirliyin inzibati binasında "Lider" televiziyası tərəfindən ərsəyə gələn "Unudulmaz" filminin Amerika Birləşmiş Ştatlarında təqdimat mərasimi keçirilib. Bu, ulu öndər Heydər Əliyevin ABŞ-ın Klivlend klinikasında müalicə aldığı dövrü işıqlandıran sənədli filmdir. "Lider" televiziyasının və Amerika Birləşmiş Ştatlarındakı səfirliyimizin dəstəyi ilə gerçəkləşən təqdimat mərasimində diplomatik korpus, ictimayyət nümayəndələri, həmyerlilərimiz, media təmsilçiləri iştirak ediblər.

Qeyd ki, ulu öndərin 95 illik yubileyi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının paytaxtında təqdim olunan "Unudulmaz" sənədli filminin təqdimat mərasimləri bundan öncə Bakıda, Özbəkistanın paytaxtı Daşkənd şəhərində gerçəkləşib. ABŞ-dan sonra isə filmin təqdimatının Türkiyənin paytaxtı Ankara şəhərində həyata keçirilməsi nəzərdə tutulub

"Unudulmaz" filmi tədbir iştirakçılarında böyük və xoş təəssürat yaradıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31