12450 manat məbləğində ziyan dəydi -  Baş  Prokurorluğua müraciət edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yaşköküstə 4-34 sm diametrliyində 27 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkar edilib. Olaylar.az bildirir ki, araşdırma zamanı ağacların Yeni Ramana qəsəbə sakini Elbrus İsmayılov tərəfindən kəsildiyi və  təbiətə 12450 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yaşköküstə 4-34 sm diametrliyində 27 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkar edilib.

Olaylar.az bildirir ki, araşdırma zamanı ağacların Yeni Ramana qəsəbə sakini Elbrus İsmayılov tərəfindən kəsildiyi və  təbiətə 12450 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş  Prokurorluğuna  göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31