Teatr “Konuk Tiyatrolar” layihəsində uğurla çıxış etdi
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Güşvər Şərifova Antalya Büyükşehir Bələdiyyəsinin “Şehir Tiyatroları"nın keçirdiyi “Konuk Tiyatrolar” layihəsində iştirak edib.
10 May 2018 10:12 Teatr və kinoAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Güşvər Şərifova Antalya Büyükşehir Bələdiyyəsinin "Şehir Tiyatroları"nın keçirdiyi "Konuk Tiyatrolar" layihəsində iştirak edib.
Olaylar.az bildirir ki, aktrisa festivalda yazıçı R.Ağayevin eyni adlı pyesi əsasında Nofəl Vəliyevin quruluş verdiyi "Sonluğun sonu" monotamaşası ilə çıxış edib. Uğurlu çıxışına görə ADGTT və aktrisa festivalın təşkilatçıları tərəfindən diplomla təltif edilib. Antalya Büyükşehir Bələdiyyəsinin sədri Menderes Türel tərəfindən təqdim edilən diplomda aktrisanın səhnə oyunu, peşəkar çıxışı yüksək qiymətləndirlib.