Gündəm
Nazirin xalası oğlu İTV-nin rəhbəri oldu
İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının bugünkü iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib. Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib. B.Qasımov Vergilər Naziri Mikayıl Cabbarovun xalası oğludur.
Bəstəkar Röyanı məhkəməyə verib qalib gəldi
Tanınmış bəstəkar Nadir Əzimov əməkdar artist Röya Ayxanı məhkəməyə verib. Nadir Əzimov müğənninin müəllif hüquqlarını pozduğunu iddia edib və iş icraata götürülüb. Buna səbəb Röyanın ona məxsus olan "Darıxdım" mahnısını icazəsiz ifa etməsi olub.
BDU ali məktəblər üzrə reytinqdə birinci oldu
“Media Consulting Services” şirkətinin media monitorinq qrupu tərəfindən aparılan araşdırmalara əsasən aprel ayı üzrə ali təhsil müəssisələrinin aktivlik üzrə reytinqi açıqlanıb. Olaylar.az bildirir ki, siyahıya Bakı Dövlət Universiteti başçılıq edib. Belə ki, BDU-nun aprel ayı üzrə aktivliyi 1686 olub.
Bakıda söküntü ərazisində faciə - Fəhlə traktorun altında qaldı
Bakıda söküntü sahəsində faciə baş verib. Hadisə paytaxtın Nərimanov rayonu ərazisində, köhnə binaların söküntüsü ilə məşğul olan "Mənzərə" MMC-nin söküntü sahəsində baş verib.
Əfqanıstanda polis məntəqəsinə hücum - 43 nəfər öldü
Əfqanıstanda radikal "Taliban" hərəkatının yaraqlıları tərəfindən polis məntəqəsinə və bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində azı 43 polis məmuru ölüb. Bu barədə "Ariana" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.
Əfv Komissiyası 100-dən çox müraciətə baxdı
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir. İclasda əfvlə bağlı müraciətlərə baxılacaq. Komissiyanın sonuncu iclasında 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.
"Beynəlxalq Bank"ın mənimsəmədə təqsirləndirilən əməkdaşları özlərini qismən təqsirli biliblər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçiləri – Rüfət Muradov və Anar Vəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
İranda ABŞ-ın nüvə sazişindən çıxmasına etiraz olaraq aksiyalar keçirilir
İranda ABŞ-ın nüvə sazişindən çıxmasına etiraz olaraq bütün ölkə ərazisində kütləvi aksiyalar keçirilir. Bu gün İranın bütün bölgələrində cümə namazından sonra ABŞ-ın nüvə sazişindən çıxması və öhdəliyi yerinə yetirməməsinə qarşı aksiyalara start verilib. Aksiyada ABŞ və prezident Trampın əleyhinə şüarlar səsləndirilib.İranda ABŞ-ın nüvə sazişindən çıxmasına etiraz olaraq bütün ölkə ərazisində kütləvi aksiyalar keçirilir. Bu gün İranın bütün bölgələrində cümə namazından sonra ABŞ-ın nüvə sazişindən çıxması və öhdəliyi yerinə yetirməməsinə qarşı aksiyalara start verilib. Aksiyada ABŞ və prezident Trampın əleyhinə şüarlar səsləndirilib.
Şəmkirdə balıq istehsalı və emalı müəssisəsi yaradılır
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Bu sahədə növbəti işgüzar forum mayın 11-də Şəmkir rayonunda keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, Forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Fond tərəfindən Şəmkir rayonunun iqtisadi potensialına uyğun olaraq, kartof və soğan saxlama anbarının, istixana, intensiv üzümçülük və kartofçuluq təsərrüfatlarının, cins heyvandarlıq kompleksinin, quru meyvə və çörək istehsalı, meyvə-tərəvəz və süd emalı, ət kəsimi və ət emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub.
Binəli Yıldırımdan Paşinyana tutarlı - Cavab/Video
Türkiyə Baş Naziri Binəli Yıldırım ermənistanlı həmkarı Nikol Paşinyanın danışıqlara hazırıq açıqlamasına münasibət bildirib. Baş Nazir mövzu ilə bağlı jurnalistlərin sualını cavablandırıb.
Cəmil Quliyevin İTV-nin baş direktoru vəzifəsində səlahiyyətlərinə xitam verilib
Cəmil Quliyevin İTV-nin baş direktoru vəzifəsində səlahiyyətlərinə xitam verilib. İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasından verilən məlumata görə, bu barədə qərar İTV Yayım Şurasının bugünkü iclasında qəbul edilib. Məlumatda qeyd olunub ki, C. Quliyev səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı şuraya rəsmi müraciət edib və müzakirədən sonra müvafiq qərar qəbul olunub. Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.
“Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda dəyirmi masa
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən Tərbiyə işləri üzrə prorektor Sərraf Hüseynov tədbir iştirakçılarını salamlayaraq bu günün Azərbaycanda və Azərbaycan diasporası, konsulluqlarının olduğu bütün ölkələrdə xüsusi qeyd edildiyini bildirib. O, ADU-da Ümummilli lider Heydər Əliyevin anadan olunmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirildiyini xatırladıb.
Fironun klonu necə xilas oldu?
Xanım Anelanın “Amarna günahkarları” romanı haqda qeydlər Azərbaycan romançılığının çağdaş ədəbi düşüncə müstəvisində yenidən və daha ətraflı araşdırılmasını ədəbiyyatşünaslığın, ədəbi tənqidimizin qarşısında duran başlıca vəzifələrdən hesab edirəm. Son dövrlər Azərbaycan romançılığı öz durulma, sakitlik mərhələsini yaşayır. Cəmi 4-5 il əvvəl ədəbi mühitdə “roman bumu” müzakirə olunduğu halda, hazırda nisbətən durğunluqdur. Artıq roman yazmağın necə ağır və çətin iş olduğunu anlayan qələm adamları gücləri, nəfəsləri çatan işlə məşğul olur desək, yanılmarıq. Amma hər halda yeni romanlar yazılır, özünü təsdiq etmiş imzalar romançılıq fəaliyyətini davam etdirir, ara-sıra yeni və gənc müəlliflər boy göstərir. Ədəbi tənqidin reaksiyası bir qədər ləng olsa da yazılan ciddi romanlar diqqətdən kənarda qalmır.
“AppLab” iştirakçıları “Golden Byte 2018” müsabiqəsinin regional finalında qalib gəldilər
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkətinin “AppLab” inkubasiya proqramının iki iştirakçısı “Golden Byte 2018” müsabiqəsinin regional finalında qalib olub. Layihələrin qiymətləndirilməsi nəticəsində “AppLab” proqramında iştirak edən iki komanda yerli çempionatın “Startap” nominasiyasında I və II yerlərə sahib olublar. I yeri tutmuş “Run2Help” layihəsi istifadəçinin gün ərzində atdığı addımları sayıb onları pul vəsaitinə çevirən və qazanılmış məbləğı xeyriyyə məqsədilə ianə etmək imkanı verən mobil əlavədir. Bu layihənin komandası 19-20 May tarixlərində Ukraynanın Kiyev şəhərində baş tutacaq “Golden Byte 2018” finalında iştirak edəcək. Regional finalın II yerini isə xüsusi tətbiqetmə vasitəsilə müxtəlif məkanlarda tədbir təşkil edib dost-tanışları dəvət etmək imkanını verən “BuilDay” lahiyəsi tutub.
Vatikanın İslam dünyasını ayağa qaldıran MƏDİNƏ PLANI
Vatikanın Mədinədə kilsə inşa edəcəyinə dair informasiyalar İslam dünyasında ciddi reaksiyaya səbəb oldu. Vatikandan fransalı kardinal ötən ay Ər-Riyada səfər etdi və Səudiyyə Ərəbistanının kralı Salmanla görüşdü. Bu səfərdən sonra Misir mediası “Ər-Riyadla Vatikan anlaşdı, Səudiyyə Ərəbistanda kilsə inşa ediləcək” xəbərini yaydı. Vatikan bu xəbəri təkzib etmədi, lakin daha sonra kilsənin Mədinədə inşa ediləcəyinə dair xəbər də ortaya çıxdı.














