Gündəm
Musiqili Teatrın rəhbəri ölkə başçısına müraciət etdi
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev ölkə başçısına müraciət məktubu ünvanlayıb. Məktubda deyilir: “Möhtərəm cənab Prezident! Sizin 9 may 2018-cı il tarixində ''İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Sərəncamınız bizə - ömrünü səhnəyə həsr edən insanlara yüksək qiymətin bariz nümunəsidir. Sənət adamlarının sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə imzaladığınız bu Sərəncam qəlbimizdə fərəh hissi doğurur.
"Beşiktaş"ın prezidenti azərbaycanlı sevgilisini türk gözəlinə dəyişdi
Özəl həyatı ilə tez-tez maqazin manşetlərinə çıxan “Beşiktaş” klubunun prezidenti, biznesmen Fikrət Orman azərbaycanlı sevgilisi ilə yollarını ayırıb. Məşhur iş adamı Türkiyədə 1992-ci il gözəli seçilən Özləm Kaymaz ilə yeni bir eşqə yelkən açıb. Xəbəri “Sabah” qəzeti yayımlayıb. Həyat yoldaşı Sədəf Orman ilə 21 illik evliliyinə son qoyan prezident ayrılıqdan sonra tez-tez şəxsi həyatındakı dəyişikliklərlə gündəmə gəlir. Onun idmana maraq göstərən qadınlar daha çox xoşuna gəlir.
9 nəfəri aldadan dələduz saxlanıb
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşların külli miqdarda pulunu mənimsəyərək onlara külli miqdarda maddi zərər vuran rayonun Bədəlan kənd sakini, əvvəllər məhkum olunmuş Emin Cavadov saxlanılıb. DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, bu şəxs rayonun Yeyənkənd kəndində avtomobil almaq adı ilə Kamal Xəlilovdan ayrı-ayrı vaxtlarda 48.000 manat alaraq mənimsəyib. Eyni zamanda, onun Kənan Şirxanlı adlı bir nəfərdən də eyni üsulla 13.000 manat alması məlum olub.
Qubada heyvan oğruları ələ keçdilər
Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Səbətlər kənd sakini Məcid Hacıyevin həyətindən 8 baş xırda buynuzlu heyvanlarını oğurlamaqda şübhəli bilinən iki şəxs saxlanılıb. DİN mətbuat xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, araşdırmalarla onların Bakı şəhər sakini Asif Vəliyev və Quba rayon sakini Amil Əmirov olduqları müəyyən edilib.Ətraflarında aparılan tədbirlərlə onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, bu iki şəxs mayın 1-də həmin kənddə Əmirxan Əmirovun həyətindəki tövlədən 1 baş inəyi oğurlamaları da müəyyən edilib.
Milli Məclis mayın 18-də yığışacaq
Milli Məclisin mayın 18-də keçriləcək iclasının gündəliyi məlum olub. “Olaylar”ın məlumatına görə, iclasın gündəliyinə 10 məsələ daxildir.
İstanbulda kitab sərgisi
11-13 may tarixlərində İstanbuldakı Heydər Əliyev parkında 7-ci Sarıyer Ədəbiyyat Günləri çərçivəsində Baş Konsulluğun təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyətinə dair türk dilində nəşr olunmuş kitablar sərgilənəcək.
"Deyirlər, arsızdır, ana kimi məni təhqir edirlər" - Afaq Gəncəli - VİDEO - FOTO
Atlamaq onsuz da çətin idi. Hələ təzyiqlər... Biri var özbaşına çarə tapıb bunu keçəsən... Amma atlatmaq olmur, hara baxırsan - sağında, solunda, yatanda, duranda yanında olan bir mələkdir. Deməzdim ki, atlatdım, yoxdur. Hər zaman deyirəm yanımdadır, mənimlədir.
İsmayıllıda dolu 7 kəndə ziyan vurub, sel körpünü aparıb, kəndlərlə avtomobil əlaqəsi kəsilib
İsmayıllı rayonunda güclü dolu və leysan yağışından sonra əmələ gələn sel suları ciddi fəsadlar törədib. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev bildirib ki, ötən gecə İsmayıllı rayonun dağlıq ərazisində yerləşən Basqal qəsəbəsinə, Gürcuvan, Xankəndi, Sulut, Zərnava, Köhnə Daxar, Zeyvə kəndlərinə güclü dolu düşüb, meyvə bağlarına, əkin sahələrinə, taxıl zəmilərinə ciddi ziyan dəyib. Gecədən səhərədək yağan güclü leysan səbəbindən əmələ gələn sel suları evlərə, hasarlara ziyan vurub, kəndlərin daxili yollarını dağıdıb, həyətlərdə qalın lil çöküntüləri əmələ gətirib.
TANAP-ın istifadəyə veriləcəyi tarix yenidən dəyişdirilib
Azərbaycan təbii qazını Türkiyəyə nəql edəcək Trans-Anadolu boru kəmərinin (TANAP) istifadəyə veriləcəyi tarix yenidən dəyişdirilib.
Mayın 14-də Putin və Paşinyan görüşəcək
Mayın 14-də Rusiya prezidentiVladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk görüş keçiriləcək.
Hikmət Hacıyev: "Sarkisyan rejiminin ünsürü olan Balayan yeni siyasi hakimiyyətdə vəzifə üçün ekstra fəallıq göstərməyə çalışır"
"Əvvəllər səsi çıxmayan və Sarkisyan rejiminin ünsürü olan bu şəxs Ermənistandakı yeni siyasi hakimiyyətdə vəzifə tapmaq üçün yəqin ki, ekstra fəallıq göstərməyə çalışır. Hələ də fərqində deyil ki, onun qulluq etdiyi Sarkisyan rejiminin siyasəti, o cümlədən Azərbaycana qarşı təcavüz və işğalın davam etməsi Ermənistanın bugünkü böhranının əsas səbəbidir. Yeni Ermənistan hakimiyyəti əvvəlki rejimin siyasətini davan etdirəcəksə, yəqin ki, onları da eyni aqibət gözləyir".
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları Daşkəsənə yeni nəfəs verib
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı təsdiq edilmiş Dövlət Proqramı ölkədə uğurla icra edilməkdədir. Qətiyyətlə demək olar ki, artıq bu proqramların icrası respublikanın bir sıra rayon və şəhərlərin iqtisadiyyatının dirçəlməsində əhəmiyyətli rol oynayıb. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son on beş il ərzində uğurlu siyasətinin nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizdəki sabitlik, sürətli inkişaf və beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb.
Trampın gizli məktubunu Xameneiyə Putin çatdırıb? – ŞOK TƏFƏRRÜATLAR
İranın dini lideri ayətullah Əli Xamenei çərşənbə günü etdiyi çıxışında xüsusi bir məqama diqqəti yönəltdi. Xamenei ABŞ prezidenti Donald Trampın ötən günlərdə ərəb ölkələrinin liderlərinə bir məktub göndərdiyini söylədi. Trampın nüvə razılaşmasından çəkildiyini açıqlamasından bir gün sonra – mayın 9-da tvitter hesabından paylaşım edən Xamenei Amerika liderinin körfəzdəki ərəb ölkələrinin liderlərinə göndərdiyi məktubda “7 trilyon dollar xərclədim, əvəzində bir şeylər etməlisiniz” yazdığını iddia edib.
Beynəlxalq bankın işçiləri məhkəmədə susdular – 118 min manat
Azərbaycan Beynəlxalq Bankı ASC-nin Yasamal rayon filialının fiziki şəxslərlə iş şöbəsinin məsləhətçiləri Rüfət Muradov və Qorxmaz Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən Rüfət Muradov və Qoxmaz Vəliyev özlərini qismən təqsirli biliblər. Lakin onlar məhkəmədə ifadə verməkdən imtina ediblər. Növbəti proses mayın 22-də davam edəcək.
Fırıldaqçı maşın alverçisi həbs edildi - İNSANLARI BELƏ ALDADIB
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşların külli miqdarda pulunu mənimsəyərək onlara külli miqdarda maddi zərər vuran rayonun Bədəlan kənd sakini, əvvəllər məhkum olunmuş Emin Cavadov saxlanılıb. DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, bu şəxs rayonun Yeyənkənd kəndində avtomobil almaq adı ilə Kamal Xəlilovdan ayrı-ayrı vaxtlarda 48.000 manat alaraq mənimsəyib. Eyni zamanda, onun Kənan Şirxanlı adlı bir nəfərdən də eyni üsulla 13.000 manat alması məlum olub. İstintaq tədbirləri ilə müəyyən edilib ki, Emin Cavadov ayrı-ayrı vaxtlarda 4 şəxsin pulunu mənimsəyib və həmin vətəndaşlara ümumilikdə 53 000 manatdan artıq maddi zərər vurub.














