Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları Daşkəsənə yeni nəfəs verib
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı təsdiq edilmiş Dövlət Proqramı ölkədə uğurla icra edilməkdədir. Qətiyyətlə demək olar ki, artıq bu proqramların icrası respublikanın bir sıra rayon və şəhərlərin iqtisadiyyatının dirçəlməsində əhəmiyyətli rol oynayıb. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son on beş il ərzində uğurlu siyasətinin nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizdəki sabitlik, sürətli inkişaf və beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb.
11 May 2018 15:41 SosialAzərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı təsdiq edilmiş Dövlət Proqramı ölkədə uğurla icra edilməkdədir. Qətiyyətlə demək olar ki, artıq bu proqramların icrası respublikanın bir sıra rayon və şəhərlərin iqtisadiyyatının dirçəlməsində əhəmiyyətli rol oynayıb. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son on beş il ərzində uğurlu siyasətinin nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizdəki sabitlik, sürətli inkişaf və beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb. Ölkəmiz regionda lider dövlətə çevrilmişdir. 2018-ci ilin birinci rübü də əvvəlki illər kimi sosial-iqtisadi cəhətdən respublikamız üçün uğurlu illərdən biri olmuşdur. Məlum olduğu kimi ölkə başçısı İlham Əliyev tərəfindən aprelin 9-da Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafı geniş təhlil edilərək, qarşıda duran vəzifələr göstərilmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ilin birinci rübündə də Azərbaycan Respublikasında dinamik inkişaf davam etmiş, beynəlxalq aləmdə ölkəmizin nüfuzu daha da artmış, mövqeləri daha da möhkəmlənmişdir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının icrası nəticəsində pespublikanın digər rayonlarında olduğu kimi Daşkəsən rayonunda da 2018-ci ilin birinci rübü ərzində bir çox uğurlu işlər və nailiyyətlər əldə olunmuşdur. Belə ki, iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müxtəlif sahələr üzrə xeyli artmışdır. Rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir. Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən "Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması" işlərində son tamamlama işləri yerinə yetirilir. Artıq Daşkəsən şəhərinin bir hissəsi ekoloji cəhətdən təmiz və fasiləsiz olaraq içməli su ilə təmin olunur. Prezident İlham Əliyevin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncamına dəyişiklik edilməsi nəticəsində Daşkəsən şəhəri Alunitdağ qəsəbəsinin içməli su ilə təminatın yaxşılaşdırılması nəzərdə tutulan yaşayış məntəqələrinin siyahısına əlavə olunmuş və həmin sahə üzrə müəyyən işlər görülmüşdür.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının icrası çərçivəsində Daşkəsən rayonunda təmir-tikinti işləri və sosial obyektlərin inşası diqqət mərkəzində olub. Belə ki, Şahvələdli kənd ümumi orta məktəbində yeni modul tipli məktəb binası quraşdırılır. Azərbaycan Respublikası Prezidentinin Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında 5 aprel 2018-ci il tarixli Sərəncamı olmuşdur. Sərəncama əsasən Daşkəsən rayonunun Almalı kəndində və Daşkəsən qəsəbəsində hər birində 56 şagird yerlik, Gurbulaq kəndində isə 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması nəzərdə tutulmuşdur. 2018-ci ildə Daşkəsən şəhərində 7 çoxmərtəbəli yaşayış binasının təmiri nəzərdə tutulmuş və artıq həmin işlərin icrasına, eyni zamanda Daşkəsən şəhərində tikinti-təmir, abadlıq işlərinə, o cümlədən istinad divarlarının təmir işlərinə başlanılmış və hazırda həmin işlər davam etdirilir. Bundan başqa, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsi də diqqətdən kənarda qalmayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində və Qabaqtəpə və Dəvrallı kəndlərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 4 fərdi yaşayış evinin və Fövqəladə Hallar Nazirliyinin xətti ilə Alunitdağ və Yuxarı Daşkəsən qəsəbələrində və Quşçu kəndində evləri qəza vəziyyətində olan vətəndaşlar üçün 3 fərdi yaşayış evinin tikintisinə başlanılmışdır. Qeyd etmək istərdim ki, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tezliklə həmin binanın tikintisinə başlanılacaqdır. Kommunal Müəssisələr Kombinatının maddi texniki bazası möhkəmləndirilsə də, yenə də şəhərin kənar küçələrinin təmizlənməsi, şəhərdən tullantıların yığılaraq daşınması və zərərsizləşdirilməsi sahəsində aidiyyəti üzrə əlavə tədbirlər görülməsinə ehtiyac vardır. Məlum olduğu kimi 24 mart 2018-ci il tarixdə Daşkəsən rayonu ərazisində baş vermiş təbii fəlakət, güclü külək əsməsi-qasırğa nəticəsində bina və evlərə, o cümlədən Daşkəsən şəhərinin qəsəbə və kəndlərinin yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına şəxsi minik avtomobillərinə ziyan dəymişdir. Rayonun daxili imkanları hesabına dəymiş ziyanların aradan qaldırılması üçün aidiyyəti üzrə işlər görülmüş və hazırda həmin işlər davam etdirilir. Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Dövlət Proqramının tədbirlər planında Daşkəsən rayonuna aid 25 tədbir nəzərdə tutulmuşdur. Bu tədbirlərin 5-i ölkə əhəmiyyətli, 3-ü Gəncə-Qazax iqtisadi rayonu və 17-i isə Daşkəsən rayonu bölmələrində qeyd edilmişdir. Həmçinin cari ilin yanvar ayının 29-da regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevmərkəzi və yerli icra hakimiyyəti orqanlarına aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr vermişdir. Hazırda həmin istiqamətdə müvafiq işlər görülür. Belə ki, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən cari il ərzində rayona özəl investisiyaların cəlb olunması sahəsində bir sıra işlər görülmüşdür. Rayona investisiya cəlb olunması məqsədilə ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye, energetika, tikinti, ticarət, nəqliyyat, telekommunikasiya və poçt, maliyyə və bank, turizm və digər xidmət sahələri üzrə mövcud vəziyyət, məlumatlar kütləvi informasiya vasitələri ilə hərtərəfli təşviq olunmuşdur. İş adamları, sahibkarlar və aidiyyəti qurumlarla birgə investisiyaların qoyulması, müvafiq layihələrin işlənib hazırlanması məsələləri geniş təhlil edilərək tətbiq olunması daha məqsədəuyğun olan təkliflər müəyyənləşdirilərək, özəl investisiya qoyuluşu üzrə investisiya qoymaq istəyən hüquqi və fiziki şəxslərə lazımi köməklik göstərilməklə əlverişli şərait yaradılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi İnkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda demişdir: "Ərzaq təhlükəsizliyi məsələləri daim diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə irəliləyiş var, amma hələ ki, bizi tam qane edə bilməz. Ona görə bu məsələyə xüsusi diqqət göstərilməlidir. Deməli, biz kənd təsərrüfatının ənənəvi olan və müəyyən dərəcədə unudulmuş texniki sahəsini inkişaf etdirməyə o vaxt başlamışıq ki, ərzaq təhlükəsizliyi məsələlərinə güclü təkan verildi. Ancaq biz yenə də bu məsələ ilə bağlı çox ciddi işləməliyik". Məhz ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində Daşkəsən rayonunda da müvafiq tədbirlər həyata keçirilməkdədir. Bu məqsədlə rayonda fəaliyyət göstərən 3 kartofçuluq üzrə toxumçuluq təsərrüfatının artırılması üçün işlər davam etdirilir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə 1 kənddə (Quşçu kəndində) süni mayalama məntəqəsi fəaliyyət göstərir. Süni mayalama texniki tərəfindən 2018-ci ilin I rübü ərzində 72 baş heyvan süni mayalandırılmışdır. Mayalandırılmış heyvanlardan 65 baş bala alınmışdır. Gələcəkdə məntəqələrin sayının artırılması üçün işlər davam etdirilir. Daşkəsən rayonu ərazisində 2018-ci il ümumilikdə yaylaq mövsümünün başlanması ilə əlaqədar, o cümlədən,baytar-nəzarət məntəqəsinin təşkil edilməsi barədə Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən 16 saylı,14 mart 2018-ci il tarixli sərəncam verilmişdir.Yaz-yay mövsümlərinin başlanmasına uyğun olaraq yaylaqlardan və örüş otlaq sahələrindən səmərəli istifadə edilməlidir. Qeyd etmək lazımdır ki, rayonda torpaqlardan təyinatı üzrə istifadəyə görə müəyyən nöqsanlar mövcuddur. Həmin nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməkdədir. Paralel olaraq rayonda əhalinin sağlamlıq məsələsinə də xüsusi diqqət yetirilib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığı ilə 2018-ci ilin fevral ayının 10-dan 01 may 2018-ci il tarixə kimi ölkədə əhalinin sağlamlığını təmin etmək üçün tibbi müayinə günü təşkil edilmişdir. Həmin tapşırığa əsasən Daşkəsən rayon mərkəzi xəstəxanasında müntəzəm olaraq əhali qrafik əsasında tibbi müayinədən keçirilir. İndiyədək 42 yaşayış məntəqəsinin əhalisi və rayonun idarə, müəssisə və təşkilatların işçiləri tibbi müayinədən keçirilmişdir. Bu müddət ərzində 17541 nəfər tibbi müayinədən keçmiş, 78 nəfər müxtəlif xəstəliklərdən Bakı şəhərinə göndərilmiş, 103 nəfər Daşkəsən rayon mərkəzi xəstəxanasının stasionar müalicəsinə cəlb olunmuş, 250 nəfərə isə ambulator müalicə yazılmışdır. Hazırda bu işlər davam etdirilməkdədir. Ümimilikdə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası Daşkəsən rayonunun gəlirlərinin artması və əhalinin rifah halının yüksəlməsinə müsbət təsir göstərib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir