Mayın 14-də Putin və Paşinyan görüşəcək
Mayın 14-də Rusiya prezidentiVladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk görüş keçiriləcək.
11 May 2018 15:45 DünyaMayın 14-də Rusiya prezidentiVladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk görüş keçiriləcək.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. "Həftənin birinci günü Avrasiya İqtisadi Birliyinin sammiti keçiriləcək. Prezident Putinlə Paşinyan arasında ikitərəfli görüş də olacaq", - deyə Peskov söyləyib. O, Putinin Qırğızıstan, Belarus və Qazaxıstan prezidentləri ilə də ikitərəfli görüşlər keçirəcəyini deyib. Apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31