BDU ali məktəblər üzrə reytinqdə birinci oldu
“Media Consulting Services” şirkətinin media monitorinq qrupu tərəfindən aparılan araşdırmalara əsasən aprel ayı üzrə ali təhsil müəssisələrinin aktivlik üzrə reytinqi açıqlanıb. Olaylar.az bildirir ki, siyahıya Bakı Dövlət Universiteti başçılıq edib. Belə ki, BDU-nun aprel ayı üzrə aktivliyi 1686 olub.
11 May 2018 16:46 Sosial"Media Consulting Services" şirkətinin media monitorinq qrupu tərəfindən aparılan araşdırmalara əsasən aprel ayı üzrə ali təhsil müəssisələrinin aktivlik üzrə reytinqi açıqlanıb.
Olaylar.az bildirir ki, siyahıya Bakı Dövlət Universiteti başçılıq edib. Belə ki, BDU-nun aprel ayı üzrə aktivliyi 1686 olub.
Bakı Ali Neft Məktəbi ikinci, Azərbaycan Dövlət İqtisad Universiteti isə üçüncü pillədə qərarlaşıb.
Media monitorinq qrupu 10 televiziya, 55 çap və 600 on-line media daxil olmaqla, 665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləməklə bu nəticəyə gəlib.
Qeyd edək ki, ali təhsil müəssisələri üzrə media aktivlik mediaya daxil olan məlumatların kəmiyyət, keyfiyyət və məzmun üzrə təhlili nəticəsində hesablanılır.
