Əfqanıstanda polis məntəqəsinə hücum - 43 nəfər öldü
Əfqanıstanda radikal "Taliban" hərəkatının yaraqlıları tərəfindən polis məntəqəsinə və bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində azı 43 polis məmuru ölüb. Bu barədə "Ariana" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.
11 May 2018 16:41 DünyaƏfqanıstanda radikal "Taliban" hərəkatının yaraqlıları tərəfindən polis məntəqəsinə və bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində azı 43 polis məmuru ölüb.
Bu barədə "Ariana" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.
Telekanalın məlumatına görə, taliblər cümə axşamına keçən gecə Fərah şəhərində polis məntəqəsinə və bir neçə nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Yaraqlılar məntəqənin binasını ələ keçiriblər və silah-sursatlarını ələ keçirməyə müvəffəq olublar. Ancaq sonradan hökumət qüvvələri obyekt üzərində nəzarəti ələ keçiriblər.
Silahlı toqquşmalar nəticəsində daha 10 hüquq mühafizə orqanı əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb. Report.az