Gündəm

“Cəza” monotamaşasının yaradıcı heyəti Bilik Fondunda

11 May 2018 18:05

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun inzibati binasında “Mədəni maarifləndirmə” proqramı çərçivəsində yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşasının yaradıcı heyəti ilə görüş keçirilib. Olaylar.az bildirir ki, psixoloji oyun dramında rolu ifa edən Əməkdar artist Kəmalə Hüseynova, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Fondda gənclərlə teatr sənəti, bədii düşüncə tərzi, estetik maariflənmənin faydaları barədə maraqlı müzakirələr aparıblar.

Fransızların Laçın şəhəri ilə imzaladığı qanunsuz xartiya ləğv edildi

11 May 2018 18:03

Azərbaycan Fransa XİN-i işğal olunmuş ərazilərə qeyri-qanuni səfərlərlə bağlı sərt addımlar atmağa çağırıb. Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. H.Hacıyev deyib ki, Fransada fəaliyyət göstərən erməni lobbi dairələri 2013-cü ildən etibarən Azərbaycanın işğal altında olan şəhərləri ilə Fransanın şəhər və qəsəbələri arasında “qardaşlıq” adı altında qeyri-qanuni sənədlər imzalamağa və bu kimi addımları qondarma rejimin təbliği üçün istifadə etməyə çalışır: "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Fransadakı səfirliyimizin Fransanın müvafiq qurumları ilə apardığı birgə işin nəticəsində İl-dö-Frans regionun Alfortvil şəhəri tərəfindən ölkəmizin işğal olunmuş Laçın şəhəri ilə 2017-ci ildə imzalanmış qeyri-qanuni “xartiya” ləğv edilib (“la Charte d’amitié entre Alfortville et Berdzor”).

Məşhur serialın final tarixi açıqlandı

11 May 2018 18:01

Sevilərək izlənilən "Siyah Beyaz Aşk" serialı 32-ci bölümün sonunda final edəcək.  Serialın hələ 29 bölümü yayımlanıb. “Kanal D”də efirə gedən serialın baş qəhrəmanları Birce Akalay və İbrahim Çelikkoldur. 

Xatun polisə şikayət etdi

11 May 2018 18:00

Müğənni Xatun Əliyeva izləyicisini polisə verib. Buna səbəb sosial şəbəkə istifadəçisinin sənətçini təhqir etməsi olub. Xatun İnstaqram səhifəsində həmin qızın şəklini paylaşaraq ondan polisə şikayət verdiyini bildirib:

Çexiya səfirinin müavini Universitetdə

11 May 2018 17:59

Mayın 11-də Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Petr Vagner ilə görüşüb. Qonağı salamlayan rektor Kamal Abdulla Azərbaycan-Çexiya münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyib, hər iki ölkənin ali təhsil müəssisələrinin bu münasibətlərin inkişafına yeni töhfələr verə biləcəyini vurğulayıb.

"Rövşən Lənkəranski" necə avtoritet oldu - İllər sonra ilk dəfə AÇIQLANAN FAKTLAR

11 May 2018 17:57

 Müsahibimiz Kriminal dünyanın ən məşhur şəxsləri ilə bağlı sənədli-bədii kitablar yazan, jurnalist, yazıçı Bəhram Çələbidir. “Hər şey doxsan ikinci ildən sonra başladı...” - Bəhram bəy, kriminal dünyaya marağınız necə yarandı?

AFFA-nın iclasının nəticələri bəlli oldu

11 May 2018 17:55

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Aassosiasiyanın inzibati binasında keçirilən tədbirdə komitə üzvü Qurban Qurbanovun qısa hesabatı dinlənilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib: Topaz Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionat davam etdirilsin.

Kamal Abdulla ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

11 May 2018 17:54

Mayın 11-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gillə görüşüb. Qonağı salamlayan K.Abdulla onu universitetdə görməkdən şad olduğunu bildirib. K.Abdulla ADU ilə ABŞ səfirliyi arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib, bu əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Beynəlxalq Bankın Müşahidə Şurasında dəyişiklik olub

11 May 2018 17:51

Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Bankdan  verilən xəbərə görə, yığıncaqda Bankın Müşahidə Şurasının tərkibində dəyişiklik edilib. Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli müvafiq sərəncamı ilə Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmiş Sahil Babayevi Bankın Müşahidə Şurasında Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rüstəm Şahbazov əvəz edib. Toplantıda Bankın Müşahidə Şurasının Əsasnaməsi də təsdiqlənib. Şuranın və Audit komitəsinin işlərinin təşkili ilə bağlı digər məsələlərə baxılıb, o cümlədən Audit Komitəsinin yeni tərkibi formalaşdırılıb. Azad Məmmədov Audit Komitəsinin sədri, Zamiq Məmmədov və Vüqar Bədəlov isə Komitə üzvləri təyin edilib. 

Halil Sezai Bakıda -  FOTOLAR 

11 May 2018 17:50

Tanınmış türkiyəli müğənni Halil Sezai Bakıya gəlib. Bu axşam konsert verməyə hazırlaşan ifaçı mətbuat nümayəndələrini də başına yığaraq jurnalistlərin suallarını cavablandırıb. Mətbuat konfransında onunla bərabər müğənni Nuray Məhərov da olub. O, Bakıya gəlməsindən məmnunluq duyduğunu bildirib:

Binədə qanunsuz fəaliyyət göstərən ibadət yeri aşkarlandı

11 May 2018 17:48

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xəzər Rayon İcra Hakimiyyəti əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən qeyri-qanuni məscid tipli ibadət yerinə baxış keçirilib.

Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib

11 May 2018 17:46

Mayın 11-də Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli respublikamızda qida məhsullarının istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirib. Tədbirdə cari ilin 16-18 may tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018”də məhsullarını nümayiş etdirəcək sahibkarlar iştirak edib. Görüşün keçirilməsində məqsəd sahibkarlarla dialoqun qurulması və qarşılıqlı etimad mühitinin yaradılması olub.

Azərbaycanda "Ilin adamı" mükafatı sahibləri

11 May 2018 17:45

Olaylar.az bildirir ki, ilk dəfə 2001-ci ildə seçilən "İlin adamı" mükafatı, 2016-cı ildən sonra heç kəsə verilməyib. Bundan əlavə 2012-2014-cü illərdə mükafat sahibsiz qalıb.  Azərbaycanda "ilin adamı" mükafatının sahibləri ilə tanış olun.