Rusiya xüsusi xidmət orqanları Moskvada terror hücumunun qarşısını alıb

Rusiya xüsusi xidmət orqanları 9 may - Qələbə Günü ərəfəsində Moskvada "Ölümsüz alay" aksiyası zamanı hücumlar hazırlayan bir qrup terrorçunu saxlayıblar.

Bu barədə TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin terrorizmlə mübarizə məsələləri üzrə müavini Oleq Sıromolotov bildirib.

"Moskvada "Ölümsüz alay" aksiyası zamanı partlayışlar törətməli olan bir neçə qrup saxlanılıb. Onlar Sibirdən, Yeni Urenqoydan gələnlərdir və əməllərini icra etmək üçün artıq silah da hazırlamışdılar. Orada 17 axtarış keçirilib və 20 nəfər saxlanılıb", - O.Sıromolotov deyib.

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31