AFFA-nın iclasının nəticələri bəlli oldu
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Aassosiasiyanın inzibati binasında keçirilən tədbirdə komitə üzvü Qurban Qurbanovun qısa hesabatı dinlənilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib: Topaz Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionat davam etdirilsin.
11 May 2018 17:55 İdmanBu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Aassosiasiyanın inzibati binasında keçirilən tədbirdə komitə üzvü Qurban Qurbanovun qısa hesabatı dinlənilib.
Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
Topaz Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionat davam etdirilsin. 2018/2019-cu il mövsümündən etibarən əvəzedici komandanın oyunu əsas komandanın oyunundan 1 gün əvvəl keçirilsin.
Topaz Premyer Liqasında gənc futbolçularla bağlı limit aşağıdakı qaydada tətbiq olunsun: 1996-1997-ci il təvəllüdlü futbolçu start heyətinə, 1998-99-cu il təvəllüdlü futbolçu oyunun protokoluna daxil olunsun.
AFFA-nın baş katibliyi Birinci Divizionla bağlı İcraiyyə Komitəsinə yeni konsepsiya təqdim etsin.
AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının sədri Muxtar Babayevin istefası qəbul olunsun. AFFA-nın növbəti Konfransına qədər Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsi Ziya Babayevə həvalə olunsun. (qaol.az)