Gündəm
Süni intellekt sisteminə malik “Xiaomo AI Camera” adlı kamera satışa çıxarılıb
Hələ cari ilin martında “Xiaomi” şirkəti süni intellektə malik “Xiaomo AI Camera” adlı yığcam kamerasını təqdim etmişdi. Qurğu yalnız indi satışa çıxarılıb və yekun qiyməti 399 yuan ($62) təşkil edir. Xatırladaq ki, “Xiaomo AI Camera” intuitiv və intellektual kameradır, jest və insan mimikasının köməyi ilə çəkiliş prosesini idarə etməyə imkan verir.
Teatrda “Ana” pyesi əsasında hazırlanmış tamaşaya daxili baxış
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük dramaturq və şair Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanacaq eyniadlı tamaşaya daxili baxış keçirilib. Teatrın istedadlı aktrisası, Əməkdar artist Nübar Novruzovanın 60 illik yubileyi ilə əlaqədar aktrisanın benefis-tamaşası olan səhnə əsərində rolları Əməkdar artist Nübar Novruzova, aktyorlar İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Kərimov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva , Aydın Dəmirov ifa edir. Yeni səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.
Alimlər saxta səsləri müəyyənləşdirən sistem yaradıblar
Altay Dövlət Universitetinin gənc alimləri səs yazısında mümkün dəyişikliyi müəyyənləşdirən sistem hazırlayıblar. Universitetin mətbuat xidmətindən bildirilib ki, layihə kimliyin identifikasiyasını səsli biometrik məlumatlar üzrə müəyyənləşdirən yerlərdə faydalı ola bilər.
Akademik Milli Dram Teatrı “Cəhənnəm sakinləri” tamaşası ilə Sumqayıtda çıxış edəcək
Akademik Milli Dram Teatrı mayın 12-də Sumqayıt Dövlət Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşası ilə çıxış edəcək. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, nümayiş “Sərhədsiz teatr” Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində baş tutacaq. Məniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunub.
“Nokia X” smartfonunun texniki xüsusiyyətləri məlum olub
Finlandiyanın “Nokia” brendli smartfonların buraxılışı ilə məşğul olan “HMD Global” şirkəti tezliklə qabaqcıl “Nokia X” (Nokia X6) smartfonunu nümayiş etdirəcək. Çinin “TENAA” Sertifikasiya Agentliyinin saytında dərc edilən sənədə görə, “Nokia X” smartfonu takt tezliyi “Snapdragon 636” prosessoruna uyğun prosessorla təchiz ediləcək. Smartfon “Nokia 6” (2018-ci ildə buraxılan və zəif Snapdragon 630 prosessoru ilə təchiz edilən) və “Nokia 7 plus” (Snapdragon 660) modellərinin texniki xüsusiyyətlərini özündə birləşdirəcək.
“Bir gecənin nağılı” Kukla Teatrında
Fərqli mövzuları fərqli quruluşlarda səhnəyə gətirməklə yeni meyilləri tamaşaçıya təqdim edən “M. Teatrı” (Mənim teatrım) daha bir yeni tamaşa ilə teatrsevərləri ətrafına toplayacaq. Bu dəfə “Bir gecənin nağılı” adlı səhnə nümunəsi tamaşaçılara bəşəri mövzunu adi məişət münasibəti fonunda açacaq. Səhnə əsərində kişi qadın məhəbbəti fonunda sosial məqamlar, xüsusən gənc qızların evdəki basqılara dözməyərək bilmədiyi bir dünyaya atılaraq qaçıb küçələrdə özlərinə məkan tutması problem olaraq önə çəkilib. Tamaşanın alt qatındakı mətləblər başqa olsa da görünən ilk mənzərə budur:
Məşhur rejissor Azərbaycana gəlir
Mayın 16-da Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, “CinemaPlus” kinoteatrları, “Cinema Distribution” yayım şirkətləri və Litvanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə məşhur rejissor Giedre Jiçkite Maite Alberdi ilə ölkəmizin kinematoqrafçılarının görüşü keçiriləcək.
Prezident yol tikintisinə pul ayırdı
Azərbaycan prezidenti İlham Əliyev Mehdiabad-Pirşağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 21 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad–Pirşağı avtomobil yolunun tikintisi məqsədi ilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
“Tanış olun, dostum Bəkkar” adlı nağıl-tamaşa təqdim ediləcək
Mayın 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə hazırladıqları “Tanış olun, dostum Bəkkar” adlı nağıl-tamaşa təqdim ediləcək.
Elçin Əfəndiyev “Şöhrət” ordeni ilə təltif edilib
Azərbaycan prezidenti İlham Əliyev Elçin Əfəndiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Fərəh Əliyeva Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilib
Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Bakıda “Azərbaycanın mədəni irsi UNESCO-da” adlı rəsm sərgisi açılıb
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü və təşkilatçılığı, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə “Azərbaycanın mədəni irsi UNESCO-da” adlı rəsm sərgisi açılıb.
Həsən Sadıqova Prezidentin fərdi təqaüdü təyin olunub
Azərbaycan prezidenti İlham Əliyev Həsən Şiralı oğlu Sadıqova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Rövşən Nəcəf Prezident Administrasiyasının şöbə müdiri təyin edilib
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinə müdir təyin edilib.
Şadlıq evi sahiblərinin NƏZƏRİNƏ: 25 min manatlıq cərimə GƏLİR
İnzibati Xətalar Məcəlləsinin tələblərini pozan iaşə obyektlərinə qarşı cərimələr sərtləşdirilib. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin nümayəndəsi Kənan Kərimli jurnalistlərə açıqlama verib.







.jpg)






