“Tanış olun, dostum Bəkkar” adlı nağıl-tamaşa təqdim ediləcək
Mayın 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə hazırladıqları “Tanış olun, dostum Bəkkar” adlı nağıl-tamaşa təqdim ediləcək.
11 May 2018 18:18 MədəniyyətMayın 14-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə hazırladıqları "Tanış olun, dostum Bəkkar" adlı nağıl-tamaşa təqdim ediləcək.
Səhnə əsərinin nümayişi F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Misir Mədəniyyət Təhsil Əlaqələri Mərkəzinin birgə layihəsinə əsasən mayın 18-dək "Misir uşaq ədəbiyyatı" həftəsi çərçivəsində nəzərdə tutulub. Uşaqların ifasında təqdim ediləcək nağıl-tamaşada Azərbaycan, Misir, eləcə də dünya xalq nağıl qəhrəmanlarının obrazları nümayiş olunacaq.
Nağıl-tamaşanın təqdim olunmasında əsas məqsəd, Azərbaycan-Misir mədəni əlaqələrini möhkəmləndirmək, uşaq və yeniyetmələri hər iki ölkənin nağıl qəhrəmanları ilə yaxından tanış etməkdir.
Qeyd edək ki, nağıl-tamaşaya bir çox rəsmi nümayəndələrin də qatılacağı gözlənilir.